"İsrafiloğlu" MMC-yə məxsus "NUR" çörək zavodunda nələr baş verir..? – İstehlakçılar həm çəkidə, həm də keyfiyyətdə aldadılır…

"İsrafiloğlu" MMC-yə məxsus "NUR" çörək zavodunda nələr baş verir..? – İstehlakçılar həm çəkidə, həm də keyfiyyətdə aldadılır…Çörək haqqında nə qədər yazsaq da, desək də azdır. Müdriklərimiz çörəyə and içib, kiminləsə çörək kəsməyi əhd-peyman hesab ediblər və s. Böyük şairimiz isə deyib ki…Çörək bol olarsa, basılmaz vətən.

Sözün qısası, çörək həm də strateji məsələdir və həmişə dövlətin nəzarətində olub. Düzdür, 1991-ci ildən sonra, yəni müstəqillik dönəmində şəxsi çörək sexləri, hətta çörək zavodları da yarandı. Təəssüf ki, bu çörək zavodlarının bişirdikləri çörəyin içindən elə əşyalar çıxır ki, adam yazmağa utanır. Hələ bu harasıdır..?

Çox yox, bir müddət əvvəl Bakıda "İsrafiloğlu" MMC-yə məxsus "NUR" çörək zavodunda xadimə işləyən yaşlı qadın xəmir qarışdıran dəzgahı təmizləyərkən qurğu işə düşdü və qadını sözün həqiqi mənasında doğradı və qadın yerindəcə dünyasını dəyişdi. Həmin prosesin videosu saytlarda yayılıb və adam baxanda dəhşətə gəlir. Görəsən, Əmək Müfəttişliyi hara baxır…?
Axı, belə vəziyyət olmaz. Xadiməni xəmir aparatı doğrayır, fəhlə binadan yıxılıb ölür və daha nələr. Axı, həmin şirkətlər istifadəyə veriləndə işçilərin əmək təhlükəsizliyi tam təmin olunmalı idi… Adın da nə qoysalar yaxşıdır…Fəhlə ehtiyatsızlıqdan…öldü… Və nəticədə NUR çörək zavodunda ehtiyatsızlıq edən başqa bir fəhlə qadın Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndiriləndirilərək aylıq qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edildi. Görəsən, bununla problem həll olundumu..? Kim təminat verir ki, NUR çörək zavodunda bir daha belə hal baş verəməyəcək..? Bəs zavodun rəhbərliyi niyə cəzalandırılmadı..?

NUR çörək zavodunun reklamlarına fikir verəndə adam bəh-bəh deyir, amma reallıqda vəziyyət tam fərqlidir. Guya NUR zavodu çörəyin istehsalında kimyəvi qidalardan istifadə eləmir, mayadan 3 dəfə az istifadə olunur və daha nələr… Amma əslində NUR çörək zavodu çörəyin çəkisində və keyfiyyətində alıcıları aldadır. Bəs görəsən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?

Bəli istehlakçıların çoxu "NUR" çörəyinin çəkisinin 650 yox, 500-550 qram olduğu barədə şikayətlənirlər.
Şikayətçilər yazır ki, "NUR" çörəkləri adı altında satılan çörəklərin içindən nə desən çıxır, çörək 1-2 gün qaldıqdan sonra elə bir vəziyyətə düşür ki, adam onun 2 gün əvvəl alınan çörək olduğuna inana bilmir. Bu çörəklər mədədə ağırlıq yaradır, həzm olunmur. Lakin müəssisə rəhbərliyi belə halların aradan qaldırılması əvəzinə, 2 gün qaldıqda əcaib iy verən palçıq kimi çörək bişirib satmaqla məşğuldurlar. Üstəlik, satışdan qayıdan çörəkləri müxtəlif üsullarla yenidən çörək və digər məhsullar formasında satışa qaytarmaqla öz işlərini başa çatmış hesab edirlər. Bu isə, əsl cinayətdir. Hələ bundan başqa "NUR" çörəklərinin istehsal olunan zavoddan, satış nöqtələrinə daşınması o qədər müşkül məsələdir ki, o səhnəni görən hər bir dövlət qurumu "NUR" çörək zavoduna cərimə protokolu tərtib etməsə keçməz.

Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə "NUR" çörəklərinin köhnə, çirkli maşınlarda antisanitar şəraitdə daşınması ilə bağlı fotolar da yayılıb. Lakin müəssisə rəhbərliyi belə tənqidləri qulaqardına vurub.

Sözün qısası, çörəyimizə HARAM qatanlara qarşı ciddi tədbir görməyin vaxtı çoxdan çatıb, cənablar./ Gündəlik Bakı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2174   Tarix: 19 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr