"Oğlumu oynayan uşaqlardan biri dənizdə batırdı" - "Moşu" "Bəxt üzüyü"nün kadrarxası haqda...

"Oğlumu oynayan uşaqlardan biri dənizdə batırdı" - "Moşu" "Bəxt üzüyü"nün kadrarxası haqda..."Biz bu sənətə gələndə nə maaş, nə ailə fikirləşirdik. Deyirdik ki, bircə sənətdə arzu etdiyimiz rolları oynayaq. Mən o rollarla, obrazlarla sənətə gəlmişəm. Çox rollar var idi ki, mənə onları oynamaq qismət olmayıb. Çünki xarici görünüşümlə həmin obrazlar düz gəlməyib. Mən axı xarici görünüşcə "Hamlet", "Otello" deyiləm. Amma arzularım onlar olub. Kaş Allah məni elə sifətdə yaradaydı ki, o rolları oynaya biləydim. Rejissorlar mənə baxan kimi deyərdilər ki, bu obraz Valehindir. Onlar mənə qismət olmayıb. Sənətə gələndə elə bilirdim ki, Cəfər Cabbarlının əsərləri ilə tanınacağam. Onların heç birində oynamamışam".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Valeh Kərimov deyib.

"Moşu" obrazı məni dala atdı, sənətimi kölgədə qoydu. Kino sahəsində, əlbəttə ki. "Bəxt üzüyü" filmindən sonra teatrda dramatik obrazlar oynamışam. Amma filmə gedəndə rejissorlar deyiblər ki, sifət "Moşu"nundur da. Onunla da mənim film həyatım bitib. "Bəxt üzüyü" filminin çəkiliş meydançası o qədər gülməli və maraqlı idi ki... Amma buna baxmayaraq təhlükələrdən də yan keçmədi. Oradakı uşaqlardan biri Afaq Bəşirqızının öz oğlu idi. Orada iki qardaş da var idi. Fasilə vermişdilər, baş qarışmışdı, o uşaqlardan biri gedib girmişdi dənizə. Bir də gördük ki, haray-qışqırıq qopdu. Tez gedib uşağı boğulmaqdan xilas etdilər", - deyə sənətkar bildirib.

Valeh Kərimov yenidən Afaq Bəşirqızı ilə səhnəni bölüşmək istəyindən də danışıb.

"Bizim yaradıcılığımız hər zaman bir-birimizə bağlı olub. Bir-birimizi hər zaman yaxşı mənada başa düşmüşük. Həmişə arzulayıram ki, nə olardı ki, bizi bir dəfə yenidən tamaşada Afaq xanımla bir araya gətirərdilər. Şəxsən mənə o tamaşanın heç pulu da lazım deyil. Bu, teatr üçün böyük bir faciə deyil. Bir-birimizlə yeni tamaşalar yaradaq, yeni işlərlə gündəmə gələk. Əlbəttə ki, belə bir təklif olarsa, şəxsən mən beşəlli razılaşaram" - deyə Xalq artisti bildirib.
Sənətkar bəzi hərəkətləri qüruruna sığışdırmadığını bildirib.

"Heç vaxt qapı döyməmişəm. Döymüşəm bir dəfə, ikinci dəfə yadına salmışam. Mən bunu edə bilmirəm. Edənlərə də pis baxmıram, qınamıram", - deyə aktyor bildirib.

Valeh Kərimov həyat yoldaşının ölümündən də danışıb:

"Həyat yoldaşımın ölümünü təbii qarşıladım. Uzun zaman ağır xəstə oldu. Bəlkə də, övladlarım hazır deyildilər, amma mən hazır idim. Qardaşlarım da cavan yaşlarında rəhmətə gediblər. Artıq təcrübəm var idi. Bilirdim ki, yoldaşım bu xəstəliklə bir-iki ay yaşaya bilər. İkinci dəfə evlənmədim, bunu özümə sığışdırmadım. Mənim aləmimdə kişi bir dəfə evlənər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5023   Tarix: 19 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr