Xəstəxana əməkdaşı müdirin otağında intihara cəhd etdi - FOTO
24 saylı Suraxanı Tibb Mərkəzinin kargüzar vəzifəsində çalışan əməkdaşı, 45 yaşlı Nurlana Cavadzadə bir neçə gün öncə intihara cəhd edib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nurlana Cavadzadənin intihara cəhd etməsinə səbəb Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyevin qərəzli töhmət qərarı verməsi olub.
Qanunsuz töhmət alan Nurlana Cavadzadə özünü Suraxanı Tibb Mərkəzinin direktor müavini Südabə Yaqubovanın 4-cü mərtəbədə yerləşən otağının pəncərəsindən atmaq istəyib. Südabə Yaqubova son anda onu intihardan xilas edib.
Məsələ ilə bağlı Nurlana Cavadzadə faktı Demokrat.az-a təsdiqləyib.
O deyib ki, hadisə təxminən bir həftə əvvəl yaşanıb:
"Məni işdə təkləyiblər. Elə vəziyyətə çatdırıblar ki, direktor müavininin otağının pəncərəsindən özümü atmaq istədim. Məni 3 aydır işimdən uzaqlaşdırıblar, otağıma girməyə qoymurlar, kompüterimi əlimdən alıblar. Yerimə sığorta işçisini gətirib qoyublar. O, bütünlüklə mənim kompüterimə nəzarət edir, əvəzimə məktubları cavablayır. Mənə deyirlər ki, guya, hansısa informasiyaları harasa ötürürəm. Əsassız səbəblərdən mənə töhmət veriblər. TƏBİB-ə şikayət məktubu göndərmişəm, 7 günə rəsmi cavab verilməliydi, hələ də müraciətim cavabsız qalıb. Məni psixoloqa yönəltdilər. O da hansısa psixotrop dərmanlar yazdı. İstəyirdilər ki, həmin dərmanları içim, psixotrop maddənin təsiri altında intihara cəhd etdiyimi desinlər. Müdiriyyət 4 gün əvvəl məni çağırdı otağına. Kadrlar şöbəsinin müdiri Tahirə xanım, İnzibati işlər üzrə direktor müavini Xanlar Əlimuradov, Texniki təminat – təchizat idarəsinin müdiri Habil Rəhimov, Həmkarlar İttifaqının sədri Lalə xanım – bu insanlar orada mənə qarşı yığışmışdı. Hərəsi əlində bir aktla məni günahklar çıxarırlar".
N.Cavadzadənin sözlərinə görə, onu rəsmi qurumlara yazdığı məktubları geri götürməyə vadar edirlər:
"Müdiriyyət mənə deyir ki, TƏBİB-ə yazdığım şikayət məktubundan imtina et, de ki, psixotrop maddənin təsiri altında intihara cəhd etmisən. Əgər haqlıdırlarsa, niyə məni şikayətimi geri götürməyə məcbur edirlər?!
İşimdə hər zaman məsuliyyətli olmuşam. Bu işdə keçmiş müdiriyyət Aybəniz Sanıyevanın birbaşa əli var. Kadrlar şöbəsinə dedim ki, əmrimi verin. Əmrin üzərinə yeni direktorun adını yazıblar. Kadrlar şöbəsinin müdiri məndən soruşur ki, əmrə kimin adını yazım? Dedim ki, indiki müdirin adını yaz. O isə imzalamaqdan imtina etdi ki, bu mənim dövrümdə olmayıb. Əgər ştat cədvəlində mənim kargüzar vəzifəsində çalışdığım qeyd olunubsa, niyə mənim masamın arxasında başqa şöbənin əməkdaşı oturmalıdır?! Kollektivlə münasibətim yaxşı olub həmişə. Yeni müdir gələndə mənə dedi ki, haqqınızda eşitmişəm. Demək, sadaladığım şəxslər ona haqqımda yanlış məlumatlar veriblər".
Məsələ ilə bağlı TƏBİB hələlik açıqlama verməyib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3416 Tarix: 20 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabr