Mikrobiologiya İnstitunun şübhəli satınalmaları - 72 min manat ötürülən MMC-lər kimindir?

Mikrobiologiya İnstitunun şübhəli satınalmaları - 72 min manat ötürülən MMC-lər kimindir?krobiologiya İnstitutu ötən 2022-ci ildə dörd lot üzrə satınalma həyata keçirib.

Sonxeber.az xəbər verir ki, bu satınalmaların ümumi məbləği 72.141 manat təşkil edib.

Belə ki, Mikrobiologiya İnstitutu 2022-ci ilin iyun ayının 20-də "Digər malların alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 14.939 manat, qalibi isə "Optimal Kommersiya Holding" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "Optimal Kommersiya Holding" MMC 2021-ci ilin oktyabr ayının 28-də dövlət reyestrində qeydiyyata alınıb. "Optimal Kommersiya Holding" MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128 mənzili 0 ünvanıdır. Təşkilatın qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. "Optimal Kommersiya Holding" MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurlarında məlumat yoxdur.

"Optimal Kommersiya Holding" MMC 2022-ci ilin oktyarbr ayının 3-də "Digər malların alınması" lotu üzrə Biologiya İnstitutunun sifarişçi olduğu daha bir satınalmada qalib elan edilib. Bu satınalmanın məbləği 22.550 manat olub.

Mikrobiologiya İnstitutu 2022-ci ilin sentyabr ayının 23-də "Maşın və avadanlıqların alınması" lotu üzrə daha bir satınalmaya yekun vurub. İnstitutun yekun vurduğu bu satınalmanın məbləği 14.917 manat, qalibi isə "ZAMAN HOLDING SBM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"ZAMAN HOLDING SBM" MMC Mikrobiologiya İnstitutunun yekun vurduğu digər satınalmada qalib elan edilən "Optimal Kommersiya Holding" MMC ilə eyni tarixdə dövlət qeydiyyatına alınıb. Bu təşkilatın hüquqi ünvanı Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128 mənzili 0 ünvanıdır. Burada ilginc məqamlardan biri də Təşkilatın qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. Mikrobiologiya İnstitutu 2022-ci ilin iyun ayının 20-də "Digər malların alınması" lotu üzrə yekun vurduğu satınalmada qalib elan etdiyi isə "Optimal Kommersiya Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. Mikrobiologiya İnstitutunun qalib elan etdiyi "Optimal Kommersiya Holding" MMC kimi "ZAMAN HOLDING SBM" MMC-nin də nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurlarında məlumat yoxdur.

Mikrobiologiya İnstitutunun 2022-ci ildə keçirdiyi satınalmalarda baş verən şübhəli məqamlar bununla bitmir.

İnstitut 2022-ci ilin dekabr ayının 5-də "Sair torpaq, tikili və avadanlıqların satınalınması" lotu üzrə daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 19.735, qalibi isə "Best Lider" MMC-dir. "Best Lider" MMC-nin qanuni təmsilçisi İnstitutun digər satınalmalarında qalib elan edilən təşkilatların - "ZAMAN HOLDING SBM" və "Optimal Kommersiya Holding" MMC-lərin qanuni təmsilçisi Tağıyev Şükran Nicat oğludur. Lakin "Best Lider" MMC-nin hüquqi ünvanı və qeydiyyata alınma tarixi fərqlidir. Belə ki, bu təşkilatın hüquqi ünvanı Yasamal rayonu, Əlibala Abdullayev ev 34, qeydiyyata alınma tarixi isə 2022-ci ilin fevral ayının 9-dur.

"Best Lider" MMC-nin də Mikrobiologiya İnstitutunun qalib elan etdiyi "Optimal Kommersiya Holding" MMC kimi "ZAMAN HOLDING SBM" MMC-nin də nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurlarında məlumat yoxdur.

Maraqlıdır ki, qanuni təmsilçisi eyni şəxs olan təşkilatların - "Best Lider", "ZAMAN HOLDING SBM" və "Optimal Kommersiya Holding" MMC-lərin faktiki ünvanları da qeyri-müəyyəndir. "ZAMAN HOLDING SBM" və "Optimal Kommersiya Holding" MMC-lərin ikisində mənzil ünvanı sıfır rəqəmi ilə, "Best Lider" MMC-də isə hüquqi ünvanda mənzil ünvanı qeyd edilməyib.

Fəaliyyət profilləri barədə açıq internet resurslarında heç bir məlumat verilməyən, qanuni təmsilçisi eyni şəxs olan üç təşkilatdan ikisinin eyni hüquqi ünvanda yerləşməsi və hər üç təşkilatın ünvanlarının qeyri dəqiq olması olduqca ciddi şübhələrə yol açır.

Qlobal.az məsələ ilə bağlı Mikrobiologiya İnstitutundan mövqe öyrənib. İnstitutun açıqlamasında deyilir: "Bildiririk ki, haqqında bəhs etdiyiniz 2022-ci ildə keçirilmiş kotirovka müsabiqələri dövlət satınalma haqqında qanununun bütün tələblərinə uyğun keçirilmişdir. İddiaçı qismində ən azı 3 satınalan təşkilat iştirak etmişdir və haqqında bəhs etdiyiniz bütün qalib şirkətlər şərtlər toplusuna uyğun olaraq hökümət portalında bütün lazımı sənədləri yerləşdirmişdir. Həmçinin bildiririk ki, 2022-ci ilin yekununda bütün satınalma müqavilələri tam yerinə yetirilmişdir. Müraciətinizdə göstərilən suallara daha ətraflı cavabı isə informasiyanı aldığınız mənbə ilə dəqiqləşdirsəniz daha yaxşı olar".

Qeyd edək ki, dövlət satınalmaları haqqında məlumatlar İqtisadiyyat nazirliyi yanında fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin portalında yerləşdirilir. Qlobal.az Mikrobiologiya İnstitutunun da məsləhət gördüyü mənbədən - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məsələyə mövqe öyrənə bilməyib.

Xatırladaq ki, Mikrobiologiya İnstitutu AMEA-nın tərkibində fəaliyyət göstərir. Mikrobilogiya İnstitutunun baş direktru AMEA-nın müxbir üzvü Pənah Muradovdur.

Dövlət satınalmalarını tənzimləyən qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2019-cu ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin balansında yaradılıb. Xidmətə 2021-ci ilin dekabr ayında Məmməd Abbasbəyli rəhbərlik edir./Qlobal.az
Mikrobiologiya İnstitunun şübhəli satınalmaları - 72 min manat ötürülən MMC-lər kimindir?Mikrobiologiya İnstitunun şübhəli satınalmaları - 72 min manat ötürülən MMC-lər kimindir?Mikrobiologiya İnstitunun şübhəli satınalmaları - 72 min manat ötürülən MMC-lər kimindir?Mikrobiologiya İnstitunun şübhəli satınalmaları - 72 min manat ötürülən MMC-lər kimindir?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 871   Tarix: 20 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr