Prokurorluqda intihar edən Turalə pulları ona verdiyini deyib...

Prokurorluqda intihar edən Turalə pulları ona verdiyini deyib...Dünən axşam saatlarında Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanova ilə bağlı bəzi məqamlar üzə çıxıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, T.Aslanovanın keçmiş polis əməkdaşı olması müəyyənləşib. Belə ki, xeyli müddət DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.

Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb.

T.Aslanovanın vəkili Emin Kiçibəyov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, o, qəfil şəkildə özünü binadan atıb: "İki aya yaxın idi ki, onunla müqavilə bağlamışdım. Bu işdə Turalə özü də zərərçəkmiş olduğunu bildirirdi. Pulları kimlərdənsə alıb kimlərəsə vermişdi. Əsasən Kəmalə adlı qadının adı qeyd edilirdi və istəyirdi ki, ona cinayət işi açılsın. Bildiyimə görə Turalə Kəmalə ilə Gəncədə polisdə birgə işləyiblər. Zərərçəkmiş şəxslər də polis işçiləri olduğuna görə bu işi Baş Prokurorluq nəzarətə götürmüşdü. Baş Prokurorluğun tapşırığına əsasən bu iş Mingəçevirdə ciddi araşdırılmalı idi və bizi dəvət etdilər. Mən onun müdafiəsini qurdum, şikayətçilərdən vaxt istədim. Orada onun köhnə vəkili də var idi. Hər şey qaydasında gedirdi. Turalə özü də Kəmalə adlı şəxsdən şikayətçi idi. Üzləşmələr aparıldı. Nə qədər çalışdım ki, zərərçəkənləri razılaşdıraq, razılaşmadılar".

Prokurorluqda intihar edən Turalə pulları ona verdiyini deyib...Vəkil qeyd edib ki, bundan sonra işi aparan müstəntiq Turalənin tutulmasına qərar veriləcəyini deyib: "Ona ağır gələn o idi ki, əvvəlki iş yerinə aparılacaqdı və orada tutulacaqdı. Ora getmək istəmirdi, özünə ar bilirdi. Hər şey 1-2 saniyə ərzində oldu. Həmin vaxt pəncərənin qarşısında dayanıb ağlayırdı, mən də otağa yenicə daxil olmuşdum, divana əyləşmək istəyirdim ki, gördüm pəncərəni açıb özünü atdı. Digər vəkillər getmişdi, mən orada idim, onu sonadək müdafiə edəcəkdik. O, anlaqsız şəkildə bunu etdi, bəlkə də düşündü ki, ölməyəcək, 2-ci mərtəbə idi, lakin başı daşa dəymişdi. Təəssüf ki müdaxilə etsək də, həyatını xilas etmək mümkün olmadı".

Qeyd edək ki, T.Aslanova daha əvvəl də intihara cəhd edibmiş.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4843   Tarix: 20 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr