Şuşada fotoqraflar üçün master klass keçirilib - FOTO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibəti ilə keçirilən "4-cü Sənaye İnqılabı dövründə yeni media" Qlobal Forum çərçivəsində yerli fotoqraflar üçün tanınmış rusiyalı fotojurnalist Sergey Kivrin tərəfindən master klass keçirilib.
"Report" xəbər verir ki, "Gilavar Foto Klubu" ictimai birliyinin "PeşəkarSƏN" proqramının növbəti belə təlimində 12 gənc fotoqraf iştirak edib.
İlk dəfə Şuşada olmağın sevincini yaşayan gənclər təlimdən öncə şəhəri gəziblər. Fotoqraflar öz gələcək arxivləri üçün Cıdır düzündə, Molla Pənah Vaqifin türbəsi, Xan qızı Natəvanın dağıdılmış evinin qarşısında, Şuşa qalasında və mədəniyyət paytaxtının digər görməli yerlərində fotolar çəkiblər.
Tədbirin əvvəlində, təlimçi gənc iştirakçılara öz peşəkar fəaliyyəti haqqında məlumat verdi. Uzun illər ərzində çəkilən fotoları nümayiş etdirdi.
Təlim zamanı gənc fotoqraflar foto sənətinin bir çox sirrlərini öyrənmək imkanını əldə ediblər.
Daha sonra iştirakçılar onları maraqlandıran sualları Sergey Kivrinə ünvanladılar.
Sonda master klassda iştirak fotoqraflara rusiyalı fotoqraf Sergey Kivrinin imzası ilə sertifikatlar verilib. Öz növbəsində Gilavar Foto Klubu tərəfindən qonağa fotoqraflar adından tarixi Şuşa şəhərini xatırladan xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Qlobal Forumda Sergey Kivrinin və azərbaycanlı fotoqrafların 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dövrlərdə işğaldan azad olunmuş torpaqlarda çəkidiyi fotolar sərgilənib. Sərgidə Rəşad Mehdiyev, Famil Mahmudbəyli, Kərim Abbasov, Elxan Qəniyev, Murad Orucov, Roman İsmayılov, Orxan Əzim və Vüqar İbadovun şəkilləri yer alıb.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb