Bora Bayraktar: "Qlobal Media Forumunun Şuşada keçirilməsi mühüm ismarışdır"
"Bu cür forumların təşkilində məkan çox vacibdir. Mənə görə ən böyük ismarışlardan biri Qlobal Media Forumunun məhz Şuşada keçirilməsidir. Şuşa artıq Azərbaycandır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "TRT World"ün koordinatoru Bora Bayraktar deyib.
O bildirib ki, məkan insanların düşüncələrində hər zaman iz buraxır:
"Forumun məhz Şuşada keçirilməsi ən əsası ona görə mühümdür ki, buranı heç zaman görməyən jurnalistlər də gəliblər və ola bilər ki, buranın işğaldan azad olunduğunu bilmirlər. Onlar hər şeyi öz gözləri ilə görürlər".
B.Bayraktarın sözlərinə görə, ənənəvi media dəyərini itirməyəcək:
"Əvvəllər xəbərləri qəzetlərdə, sonra radio, televiziyada, indi isə əsasən rəqəmsal sferalarda oxuyurlar. Bu, ənənəvi medianın sıradan çıxması yox, fərqli formatda çatdırılması deməkdir. Ancaq məlumatın alındığı platforma da önəmlidir. İnsanlar "TikTok", "Instagram" və buna bənzər sosial medialardan nə dərəcədə doğru məlumat ala bilərlər? Oradakı insanlar nə dərəcədə bu işə məsuliyyətli yanaşır? Düşünürəm ki, dezinformasiyanın çox olduğu bir zamanda ənənəvi media daha da dəyər qazanar".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 614 Tarix: 23 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr