"Azerbaijan International Mining Company"nin ictimaiyyətə açıqlaması

"Azerbaijan International Mining Company"nin ictimaiyyətə açıqlamasıAzərbaycanda qızıl, mis və gümüş hasilatçısı olan "Azerbaijan International Mining Company’ (AIMC) Söyüdlü kəndi yaxınlığındakı tullantı gölü ilə bağlı yerli əhalinin qaldırdığı problemlərlə bağlı narahatlığını ifadə edir.

AIMC, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 11-də keçirilən müşavirədə söylədiyi fikirlərə hörmətlə yanaşır və səsləndirdiyi iradları qəbul edir . Bu iradlara cavab olaraq AIMC dərhal tədbirlər görərək məsələnin həlli istiqamətində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə yaxından əməkdaşlıq edir. AIMC Gədəbəy rayonunun Söyüdlü kəndindəki vəziyyətlə bağlı hərtərəfli araşdırma aparmaq üçün bütün maraqlı tərəflərlə, o cümlədən Azərbaycan Respublikası Baş Naziri Əli Əsədovun tapşırığı ilə yaradılmış Komissiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edir.

İyulun 18-də Komissiya Gədəbəy rayonunda Söyüdlü sakinlərinə indiyədək görülmüş işlər və gələcək qiymətləndirmə planları barədə məlumat vermək üçün iclas keçirib. Bundan sonra AIMC rəhbərliyi və əməkdaşlarının iştirakı ilə kənd sakinləri ilə Komissiyanın ilkin nəticələrinin qiymətləndirilməsi üçün ayrıca görüş təşkil olunub.

Bundan əlavə, cənab Prezidentin və ETSN-in göstərişi əsasında Komissiya müvafiq araşdırma və sonrakı qiymətləndirmə prosesində ekspertizasından və dəstəyinindən istifadə etmək üçün geoloji və dağ-mədən sahəsində konsaltinq xidmətləri göstərən "Micon International" (Micon) şirkəti ərazidə monitorinq keçirməsi üçün cəlb edib. 1 avqust 2023-cü il tarixində başlanacaq araşdırmaya qədər mədəndə əməliyyatlar davam edəcək. Bu tarixdən sonra isə altı həftə ərzində planlaşdırılan monitorinqin nəticələrinə qədər müəssisənin fəaliyyəti dayandırılacaq.

Sözügedən tədbirlərlə əlaqədar, AIMC həmçinin tullantılar üzrə konsaltinq sahəsində ixtisaslaşan tanınmış beynəlxalq mühəndislik şirkəti "Knight Piesold" ilə ETSN-nin sorğusuna uyğun olaraq tullantıların idarə olunması məqsədilə gələcək qiymətləndirmələrdə əlavə araşdırma aparmaq üçün müqavilə bağlayıb.

AIMC uzun illərdir Azərbaycanda göstərdiyi fəaliyyəti dövründə şəffaflıq və ən qabaqcıl təcrübələrin tətbiqi prinsiplərinə hər zaman sadiq olduğunu bildirir. Şirkətin əməliyyatlarında sağlamlıq və ətraf mühitin mühafizəsi məsələləri hər zaman yüksək prioritet təşkil edib.

Buna görə də AIMC ETSN-nin təhlükəsizlik tövsiyələrinə riayət olunmasını təmin etmək üçün müfaviq addımları atmağa və dövlət qurumları və maraqlı tərəflərlə əməkdaşlığadavam edəcək.

AIMC Azərbaycanın qeyri-neft sektorunda ən böyük ixracatçı və mədənçıxarma sektorunda ən böyük birbaşa xarici investor kimi öz mövqeyini qürurla qoruyur. AIMC Azərbaycanda 1600-dən çox tamştatlı iş yeri yaradıb. Qeyd edək ki, işçilərin yalnız 42-ni xarici mütəxəssislər təşkil edir. Yerli işçi qüvvəsinə gəldikdə, AIMC ölkə daxilində yerli istedadların inkişafını fəal şəkildə dəstəkləyir və bunu davam etdirəcək. Sosial məsuliyyətə sadiqliyinə uyğun olaraq, AIMC tezliklə üç illik əhatəli korporativ sosial məsuliyyət strategiyasını işləyib hazırlayacaq.

AIMC Azərbaycan Respublikası Hökuməti ilə "R.V. Investment Group Services LLC" (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis layihələrinin kəşfiyyatı, idarəedilməsi və hasilatın pay bölgüsünü əhatə edən əməliyyatlar üzrə faəliyyət göstərən şirkətidir. Onun portfelinə istismarda olan Qoşa və Gədəbəy mədənləri daxildir. Hasilatın Pay Bölgüsü Sazişi (PSA) çərçivəsində layihələr 51 faiz paya malik olan Azərbaycan Respublikası Hökuməti ilə tərəfdaşlıq şərtləri əsasında həyata keçirilir.

AIMC şəffaflığa, açıq ünsiyyətə və dayanıqlılıq təcrübələrə tam sadiqdir, çünki Şirkət mövcud vəziyyətin həlli və yerli ictimaiyyətin rifahının və ətraf mühitin uzunmüddətli qorunmasının təmin edilməsi istiqamətində çalışır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 638   Tarix: 24 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr