Ağsu rayonun icra başçısının birinci müavini əhalinin otlağında qanunsuz nar bağı salıb
Ağsu rayonun icra başçısının birinci müavini Füzuli Kərimli Cəlayir kəndində torpaqları qanunsuz zəbt edib...
Ağsu rayonunun Cəlayir kəndinin 20-yə yaxın sakini Poliqon-a müraciət edərək uzun illər boyu örüş yeri olan torpaqların qanunsuz olaraq zəbt olunduğnu və həmin sahədə nar bağının salındığını bildiriblər. Şikayətçilər qeyd edirlər ki, sözü gedən örüş sahəsini Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli tərəfindən qanunsuz olaraq zəbt edilib.
Sakinlər bildirilər həmin ərazi Dövlət Torpaq Fonduna aiddir və 15 hektarlıq bu ərazidə nar bağının salınması qanunlara ziddir. Həmin ərazini Cəlayir kəndinin sakinləri uzun illər boyu örüş sahəsi kimi istifadə ediblər, hazır da isə kənd camaatı heyvanlarını otarmaq üçün əziyyət çəkirlər.
Həmçinin şikayətçilər bildirilər ki, həmin torpaq sahəsinin istismarı ilə bağlı Füzuli Kərimli heç bir qanuni haqqa və sənədə sahib deyil. Buna baxmayaraq qanunsuz salınan nar bağının ətrafında heyvanlarını otarırkən belə, yerli polisin təzyiqinə məruz qalırlar. Daha doğrusu Ağsu rayon icra başçısının birincü müavini səlahiyyətlərindən istifadə edərək kənd sakinlərinə polis vasitəsi ilə təzyiq edir.
Sakinlərinin sözlərinə görə qanunsuz nar bağına nəzarəti Cəlayir kənd bələdiyyəsinin sədri Qiyasəddin Mirzəyev həyata keçirir.
Sakinlər dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun qəbuluna gedib şikayət etsələr də, onların şikayəti cavabsız qalıb. Füzuli Kərimli isə öz qanunsuz hərəkətlərini davam etdirir.
Qeyd edək ki, Poliqon kənd camaatının şikayəti əsasında Ağsu rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edib. Sorğunun göndərilməsindən bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, icra hakimiyyəti Cəlayir kənd sakinlərinin şikayəti əsaında göndərdiyimiz sorğunu cavablandırmayıb. Bütün halalrda Ağsu rayon İcra Hakimiyyətinin və Füzuli Kərimlinin mövqeyini dərc etməyə hazırıq./Qlobal.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2148 Tarix: 25 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr