Bakıda məşhur aşpaz 260 min manatı kimə və niyə verib? - 850 minlik sövdələşmə
akıda məşhur aşpaza məxsus torpaq sahəsinə 850 min manata "çıxarış" alacağını vəd edən şəxs azadlığa buraxılıb.
Qaynarinfo-nun məlumatına görə, "Professional Kulinarlar Cəmiyyəti" İctimai Birliyinin sədri, Azərbaycan Milli Kulinariya komandasının üzvü Ağa Aşurov şəhərin mərkəzi hissələrində özünə məxsus 12 sot torpağına çıxarış alamaq istəyib. Bu məqsədlə 25 iyul 1973-cü il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş Elçin adlı tanışı ilə Xətai rayonu, Xocalı prospekti 13a ünvanında yerləşən ofisində görüşüb.
Elçin görüş zamanı Ağa Aşurovu inandırıb ki, Nərimanov rayonunda yerləşən Dövlət torpaqlarının özəlləşdirilməsi idarəsinin rəis müavini vəzifəsində işləyən Ramiz adlı məmurun vasitəsilə torpağın özəlləşdirilməsi məsələsini həll edəcək. Amma bu işə Ağa Aşurov ümumilikdə 850 min manat xərcləməlidir.
Ağa Aşurov Elçinin təklifi ilə razılaşaraq, ona ötən ilin avqust ayında ona 260 min manat pul verib. Üzərində xeyli müddət keçməsinə baxmayaraq, Elçin torpağın sənədlərini həll etməyib və üstəlik pulu da Ağa Aşurova qaytarmaqdan yayınıb.
Bundan sonra Elçinlə problemlər yaranmağa başlayıb. Ağa Aşurov Elçinə verdiyi pulları geri tələb etməyə başlayıb. Elçin əvvəl olduğu kimi yenə də pulların Əmlak Məsələləri Dövlət Xidmətində işləyən kimlərdəsə olduğunu və həmin şəxslərdən alıb ona qaytaracağına söz verib.
Ağa Aşurov hüquq-mühafizə orqanlarına müraciət edib, iş Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə Elçin özünü təqsirli bilərək, Ağa Aşurovdan aldığı 260.000 manatın 160.000 manatını tanımadığı yerdə, dəqiq xatırlamadığı vaxtda itirdiyini, 100.000 manatın onda qaldığını bildirib. Onun məqsədi Ağa Aşurovdan aldığı pullarla həqiqətən sonuncuya məxsus torpağa çıxarış almaq olub. O, həmin işi həll edəcəyi təqdirdə, puldan 20.000-30.000 manat özünə qazanc qalacaqmış.
Elçin cinayət işinin ibtidai istintaqı zamanı da hər şeyi olduğu kimi etiraf edib, Ağa Aşurovla danışıqları zamanı işi Ramiz adlı şəxs vasitəsilə həll edəcəyinə dair heç bir söz vermədiyini, ümumiyyətlə işin həlli üçün heç bir şəxsin adını hallandırmadaığını deyib, kimisə rüşvət verməyə məcbur etmədiyini bildirib. O, həmçinin Ağa Aşurovdan aldığı pulun hamısını qaytardığını və ona borcu qalmadığını deyib.
Məhkəmənin qərarı ilə Elçin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, tərəflər arasında barışıq əldə olunduğundan cəza şərti olaraq tətbiq edilib və ona 2 il sınaq müddəti müəyyən olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3231 Tarix: 25 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr