Polisdən BÖYÜK ƏMƏLİYYAT: 60 nəfər tutuldu - FOTO/VİDEO
Bakıda narkotik satan və tiryəkxana təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib, 60 nəfər saxlanılıb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Xətai Rayon Polis İdarəsi, ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakinləri Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Həmçinin idarə əməkdaşlarının iyun-iyul aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə tiryəkxana təşkil edən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 978 Tarix: 26 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qar, 10° şaxta... - Sabahın havası
Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə havanın çiskinli olacağı ehtimal
25 fevralXocalı soyqırımından 34 il ötür
Bu gün Xocalıda törədilən dəhşətli soyqırımından 34 il ötür. xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkə
26 fevral"İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir. -a istinadən xəbər verir ki, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib. Xatırladaq ki, fevralı
24 fevral26 yaşlı qadın 15 gündür itkindir - Foto
Cəlilabadda 26 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayon sakini Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib. O bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupunda
24 fevralİmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?
Ramazan ayında sahur oruca hazırlığın əsas mərhələsi hesab olunur. İmsak vaxtına yaxın azanın oxunması orucun başlama anını göstərir. Bu vaxt su içməyin caiz olub-olmaması ilə bağlı suallar tez-tez səslənir. Qaynarinfo mənbələrə istinadən xəbər verir ki, azan imsak vaxtının daxil olduğunu xəbər verir
24 fevralRamazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 8-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:55-də, iftar isə saat 18:42-dədir. Ramazan ayının 8-ci gününün duası:. "Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram
25 fevralMöhbalıyevin restoranının pullarını kazinoda uduzdu
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Batabat" restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub. xəbər verir ki, bu barədə "Qaynarinfo" məlumat yayıb. Restoran sahibinin bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir
24 fevralAzərbaycanda universitet 1 500 qurbağa alır
Azərbaycan Tibb Universiteti (ATU) 1 500 qurbağa və 60 dövşan almağı planlaşdırır. -ın məlumatına görə, heyvanlar universitet laboratoriyaları üçün alınacaq. ATU bunun müqabilində 8 985 manat ödəməyi planlaşdırır
24 fevral