Yenidoğulmuşlarda da zob müşahidə olunur - HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ
"Uşaqlarda anadangəlmə zob müşahidə edilə bilər. Hətta ana bətnində də bu proses baş verə bilir. Eləcə də 17 yaşa qədər də qeydə alına bilir. Bunun əlamətləri yaş dövrlərinə görə müxtəlif olur".
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində qurumun mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
O bildirib ki, bu əlamətlərin erkən aşkarlanması müalicənin müsbət nəticə verməsinə kömək edir:
"Altı-yeddi yaşlı uşaqda qalxanvari vəzin inkişafı zəif olanda dərmanla onu bərpa edə bilirik. İki ay sonra belə, müəyyən edilərsə, bunun müalicəsi effekt verə bilir, orqanizmə ziyan vurmur. Amma yenidoğulmuşlarda bu aşkarlanmazsa, gözdən qaçarsa, iki-üç ay sonra uşaq inkişafdan qala bilir. Sinir sistemi və digər inkişaf bu vəzin vəziyyəti ilə əlaqəli olur. Bunun ilkin əlamətlərini müşahidə edərkən pediatra müraciət etmək lazımdır.
Qalxanvari vəzin çatışmazlığı varsa, uşaqda süstlük olur. Ürək funksiyasına təsir edir, bağırsaqların hərəkəti yavaşlayır, qəbizlik yaranır. Eləcə də dərinin yağlılığı azalır, saç tökülməsi olur. Azyaşlı uşaqlarda dilin həcmi böyüyür, səs kobudlaşır. Uşaq özü çox hərəkət edir, ancaq metabolizmi zəifləyirsə, bu artıq əlamət kimi qiymətləndirilməlidir. Buna valideynlər diqqət etməlidirlər, çünki göz ilə görülən əlamətlərdir. Bu, qalxanvari vəzin çatışmazlığının əlamətidir.
Qalxanvari vəzin zəif inkişafı yırtıqların yaranmasına səbəb ola bilir. Qalxanvari vəz sürətli inkişaf edərsə, əllərdə titrəmə, ürək döyüntüsünün artması, dəridə xarakterik dəyişiklik, gözlərdə bərəlmələr ola bilir. Valideynlər bu əlamətlər zamanı dərhal pediatra müraciət etməlidir.
Ümumilikdə zob - qalxanvari vəzin böyüməsi deməkdir. Bu vəzin bütün xəstəlikləri zob demək deyil. Sadəcə, qalxanvari vəzin ləng və sürətli işləməsinə görə təsnifata ayrılır. Bunu da müayinə zamanı həkim müəyyən edə bilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 818 Tarix: 26 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr