Həkimin səhv diaqnozu xəstəni komaya salıb? - AÇIQLAMA + VİDEO
Sumqayıt şəhərində həkimin səhv diaqnozu xəstəni komaya salıb.
Bunu "Xəzər Xəbər"ə şəhər sakini Fuad Cavadov bildirib.
Onun sözlərinə görə, 1 saylı Şəhər Xəstəxanasında bacısı Xəyalə Bəylərovaya səhv diaqnoz qoyulub. F.Cavadov bu yanlışlığa yol verən həkimlərdən şikayətçidir.
O, qeyd edib ki, bacısı X.Bəylərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Xəstəni dərhal müayinə edən həkimlər - Nurlan Hüseynov və Museyib Şərifzadə X.Bəylərovaya beyninə qan sızması diaqnozu qoyublar və təcili 2 saylı Şəhər Xəstəxanasına aparılmasını tələb ediblər.
Həkimlərin yazdığı müalicədən sonra bacısının vəziyyətinin pisləşdiyini görən F.Cavadov xəstəni başqa tibb ocağına apararaq təkrar müayinə etdirib. Aldıqları cavab isə onları sözün əsl mənasında şoka salıb. Sən demə, 40 yaşlı X.Bəylərovaya Sumqayıtda qoyulan diaqnoz səhv imiş.
Sumqayıt Tibb Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, 40 yaşlı Xəyalə Şakir qızı Bəylərovanın yaxınlarının iddiaları tamamilə əsassızdır.
Qeyd edilib ki, həmin şəxs yuxarı beyindaxili təzyiqlə təcili yardım avtomobili ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 saylı Şəhər Xəstəxanasının Təcili Yardım Şöbəsinə qəbul olunub və maqnit rezonans tomoqrafiya müayinəsindən keçirilib:
"Nəticə olaraq xəstədə sol beyin yarımkürəsində siqnal dəyişikliyi qeydə alınıb. Bu isə subaraxnoidal qansızma əlamətlərinə xarakterikdir. O, Neyrocərrahiyə Şöbəsinə yerləşdirilib. Bütün lazımi tədbirlər həyata keçirilib. Ardınca Mərkəzi Gömrük Hospitalına beynin müayinəsinə göndərilib. Bundan sonra şübhə aradan qaldırılıb".
Daha ətraflı süjetdə:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1245 Tarix: 27 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr