Külli miqdarda vergi borcu olan şirkət Sumqayıt şəhər İcra Hakimiyyətinin də tenderinin qalibi seçilibmiş - 777 min manatı ötdü
Xəbər verdiyimiz kimi, külli miqdarda vergi borcu olan "UĞURLU İNŞAAT" MMC Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aqil Nəzərlinin Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin "QAYĞI QƏSƏBƏSİNDƏ İŞIQLANDIRMA İŞLƏRİ"nin satın alınması ilə bağlı elan etdiyi tenderdə qalib seçilib.
Sonxeber.az xəbər verir ki, şirkətin borcu daha da artıb.
Belə ki, bir neçə gün öncə "UĞURLU İNŞAAT" MMC-nin vergi borcu 521 min 800 manat 41 qəpik təşkil edirdisə, hazırda şirkətin borcu 777 min 784 manat 4 qəpikdir.
Saytımıza məlum olub ki, "UĞURLU İNŞAAT" MMC bir nəçə gün öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin də "Sumqayıt şəhərində mikrorayon - məhəllədaxili yolların asfalt örtüyünün və şəhərin küçə, prospektlərində yarasız yağışqəbuledici və kanalizasiya quyularının əsaslı təmirinin satın alınması" ilə bağlı tenderində qalib seçilib.
Zakir Fərəcovun rəhbəri olduğu Sumqayıt şəhər İcra Hakimiyyəti ilə adıçəkilən şirkət arasında 613.132,13 AZN-lik müqavilə imzalanıb.
Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aqil Nəzərlinin Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədullayev Mehti Məjnun oğludur.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir./32gun.az

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2101 Tarix: 28 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr