"Bu gün hüquq mühafizə orqanları tərəfindən ölkəmizə gizli sızan FETO-çular aşkarlanaraq qanunla cəzalandırılmaqdadırlar" - DEPUTAT
"Ölkəmizdə FETO-çulara qarşı tədbirlər gücləndirilməli, onlar barədə ən sərt tədbirlər görülməlidir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, son bir neçə ayda hüquq-mühafizə orqanlarımız tərəfindən terrorçuluğa qarşı ciddi mübarizə aparılır.
"Eləcə də FETO-çulara qarşı. Ölkəmizdəki FETO-çular aşkarlanaraq qanunla cəzalandırılırlar. Tarix boyu Azərbaycan və Türkiyə terrordan əziyyət çəkib. 1988-ci ildən başlayan erməni terrorçularına qarşı apardığımız müabrizə bu gün də davam edir. Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Azərbaycan və Türkiyə dostluğu tarixin ən çətin sınaqlarından üzağ çıxıb. Bu baxımdan qardaş ölkənin dövlət təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, bizim üçün eyni dərəcədə təhlükəlidir. Bunun üçün də ölkəmizdə 2016-cı ilin iyul ayının 15-də qardaş Türkiyəni sarsıtmağa çalışaraq, dövlət çevrilişi ilə hakimiyyətə gəlmək istəyən FETO-çulara qarşı ən sərt tədbirlər görülməlidir".
Deputat vurğulayıb ki, təəssüf ki, bu gün1990-cı illərin sonundan ABŞ-da məskunlaşan "din xadimi" Fətullah Gülənin rəhbərliyi ilə yaradılmış gizli terror təşkilatı təhsil və ictimai hərəkat adı altında dünyanın bir çox ölkəsində məktəblərə, iş yerlərinə, mətbuata, dövlət və hökumət institutlarına, hüquq-mühafizə orqanlarına sıza bilib:
"2016-cı ilin iyul ayının 15-dəki çevriliş cəhdindən sonra Türkiyə-Azərbaycan arasında bu qruplaşma ilə mübarizədə strateji əməkdaşlıq başladıldı. Arxada qoyduğumuz 7 il ərzində Azərbaycan və Türkiyə bu terror qrupunun zərərsizləşdirilməsi istiqamətlərdə sıx əməkdaşlıq edib. Bundan sonra Türkiyə ilə bu sahədəki əməkdaşlığımız daha da genişləndirməliyik. Düşünürəm ki, qanunvericiliyimizə uyğun olaraq ölkəmizdə mövcud olan sabitliyi pozmağa cəhd edən terrorçular ən sərt şəkildə cəzalandırılmalıdır. Bu gün hüquq mühafizə orqanları tərəfindən ölkəmizə gizli sızan FETO-çular aşkarlanaraq qanunla cəzalandırılmaqdadırlar. Bu gün biz icazə verə bilmərik ki, dövlətimizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraiti bir qrup terrorçular tərəfindən pozulsun".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1015 Tarix: 28 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr