"Bu gün yetişən gənc nəsillər ana dilimizi saf və təmiz şəkildə gələcək nəsillərə ötürməlidirlər"- Deputat

"Bu gün yetişən gənc nəsillər ana dilimizi saf və təmiz şəkildə gələcək nəsillərə ötürməlidirlər"- Deputat1 avqust Azərbaycan Dili və Əlifbası Günüdür.2001-ci il avqustun 1-də bütün respublika ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırıldı.Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzaladı.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, qədim zamanlardan Azərbaycanın dahi mütəfəkkirləri Azərbaycan dilində bəşəri dəyərlərə xas əsərlər yaradaraq ana dilimizi dünyaya tanıdıblar:
"Bu gün yetişən gənc nəsillər ana dilimizi saf və təmiz şəkildə gələcək nəsillərə ötürməlidirlər"- Deputat"Dünyada yaşayan müxtəlif millət və xalqlara məxsus minlərlə dil mövcuddur. Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Qədim zamanlardan Azərbaycanın dahi mütəfəkkirləri Azərbaycan dilində bəşəri dəyərlərə xas əsərlər yaradaraq ana dilimizi dünyaya tanıdıblar. Əcdadlarımızın, müdrik babalarımızın, ağbirçək nənələrimizin bizə miras qoyduqları ana dilimizi qorumaq hər birimizin mənəvi borcudur. Ana dili hər bir millətin milli sərvətidir. Azərbaycan dilinin bu günkü günə qədər saf və təmiz gəlib çıxmasında ulu öndər Heydər Əliyevin misilsiz əməyi olmuşdur.Bu, ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətidir".

Deputat əlavə edib ki, 1969-cu ildə hakimiyyətə gəldiyi ilk aylarda Bakı Dövlət Universitetinin 50 illik yubileyində Heydər Əliyevin Azərbaycan dilində çıxış etməsi o zaman üçün böyük cəsarət tələb edirdi. Ulu öndər qorxmadan və çəkinmədən bunu etdi:
"Ötən əsrin 70-ci illərində SSRİ-nin tərkibində olan respublikalarda milli dil gündəmə gətirilməyə başladı. SSRİ Konstitusiyasının qəbul edilməsindən sonra milli dillər daha çox sıxışdırılmağa başlandı və məhv olmaq səviyyəsinə qədər gəlib çıxmışdı. Digər respublikaların rəhbərlərinin milli dillərin təbliği barədə danışmağa belə qorxduqları vaxt 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində çox cəsarətli və qətiyyətli mövqe bildirdi. Belə ki, 1969-cu ildə hakimiyyətə gəldiyi ilk aylarda Bakı Dövlət Universitetinin 50 illik yubileyində Heydər Əliyevin Azərbaycan dilində çıxış etməsi o zaman üçün böyük cəsarət tələb edirdi. Ulu öndər qorxmadan və çəkinmədən bunu etdi.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978- ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına "Azərbaycan SSR nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olunmuşdur. Azərbaycan dilinin təbliği , inkişaf etdirilməsi üçün ulu öndər Heydər Əliyev bütün vasitələrdən istifadə edirdi. Ziyalılara, yazıçı və şairlərə, dilçi alimlərə xüsusi diqqət ayırır, onların Azərbaycan dilində kitab nəşr etdirmələri üçün hər cür diqqət və dayaq göstərirdi.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın dünya xalqlarının yazı sisteminə qoşulması üçün latın qrafikalı Azərbaycan əlifbasına keçməsi zərurəti yarandı. Ulu öndər Heydər Əliyevin 9 avqust 2001- ci il tarixli Fərmanı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması üzrə siyasi xəttini layiqincə davam etdirir. Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişafı, təkmilləşdirilməsi və qorunması istiqamətində bir çox Fərman və Sərəncamlar imzalanmışdır. Ölkə başçımızın söylədiyi "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir" fikri hər bir Azərbaycan vətəndaşı üçün bir örnəkdir.
Bu gün yetişən gənc nəsillər də ana dilimizi saf və təmiz şəkildə gələcək nəsillərə ötürməlidirlər. Dilimizim, əlifbamızın yaşaması üçün çalışmalıdırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 793   Tarix: 01 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr