Yeni rəisdən şikayət edənlər işdən qovulub
Göyçay Rayon Suvarma Sistemləri İdarəsinin ekskavator sürücüləri işdən çıxarılıb.
Sürücülərdən biri, Fəqan Şirinov Meydan TV-yə bildirib ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxarıblar. Çünki öz ərizəsi ilə işdən çıxarılma tələbi ilə razılaşmayıb. Şikayətçinin sözlərinə görə, uzun müddətdir həmin idarədə sürücü kimi işləyirlər. İşdən çıxarılan digər 2 nəfər kimi o da indiyədək nöqsana yol verməyib.
"İdarənin əvvəlki müdiri Şakir Əhmədov təqaüdə göndərildi. Onun yerinə Orxan Mahmudov təyin edildi. Mahmudova qədər ekskavatorların yağı və filterləri idarənin hesabına dəyişdirilirdi. Biz yeni müdirə yağ və filterlərin təcili dəyişdirilməsini, əks halda 300 min manat qiyməti olan texnikaların sıradan çıxacağını bildirdik. O isə bizi məcbur etdi ki, yağı və filteri öz vəsaitimiz hesabına dəyişək",- şikayətçi deyib.
F.Şirinovun sözlərinə görə, 6 sürücü Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət edib. Onlara problemlərinin tez bir zamanda həll olunacağı vəd edilib:
"Səhəri gün Orxan Mahmudovun göstərişi ilə idarədə iclas keçirildi və bizə öz ərizəmizlə işdən çıxmağımız təklif olundu. Heç birimizin əlavə qazanc yeri yoxdur, öhdəmizdə azyaşlı övladlarımız var. Amma baş idarəyə problemləri həll edəcəyini vəd edən Mahmudov əvəzində bizi işdən çıxardı".
Şikayətçilər bildiriblər ki, Mahmudov 3 aydır müdir təyin edilib, artıq bir neçə qohum-əqrəbasını işə götürüb. Filter və yağın verilməməsinə etiraz edən işçiləri isə işə gəlməməkdə günahlandırıb.
Sürücülər bildiriblər ki, ötən ayın 7-dən 15-nə kimi işə çıxıblar. Texnikaların nasazlığı səbəbindən işləmədikləri günlərin pulu əməkhaqqına hesablanmayıb:
"Yeni müdir deyir ki, günəmuzd çalışırsız, işləmədiyiniz günün pulu hesablanmır. Halbuki indiyə kimi normal maaş almışıq, əmək müqaviləmiz də vaxtlı-vaxtında uzadılıb. Şikayətdən sonra həmkarlar qurumunun iclazı oldu, bizə dedi ki, səsinizi çıxarmayın, problemlər həll olunacaq. İclasda bir neçə nəfərə töhmət verdi, iclasdan sonra 3 nəfəri işdən çıxardı".
İşçilər ASC-nin sədri Zaur Mikayılovdan baş verənləri nəzarətə götürmələrini və tədbir görmələrini istəyiblər.
Göyçay Rayon Suvarma Sistemləri İdarəsindən Meydan TV-yə bildiriblər ki, müdir hazırda yerində deyil və sualları yalnız o cavablandıra bilər. Bununla belə, Mahmudovun heç kimlə intriqa aparmadığını, sürücüləri isə keçmiş rəhbərlik tərəfindən öyrədildiyini, qanunsuz işə çıxmadıqlarını bildiriblər.
Meliorasiya və Su Təsərrüfatı ASC-dən məsələni araşdıracaqlarını deyiblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5799 Tarix: 01 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr