Mikayılov tenderi yenə eyni şirkətə verdi: Qaradağın yolları bir ildə nə qədər pul "yeyib"?
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) yolların əsaslı təmir olunması işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Sonxeber.az xəbər verir ki, tenderin qalibi "Təmir-Təchizat-4" MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 720.131,46 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Təmir-Təchizat-4" MMC 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 50A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur.
"Təmir-Təchizat-4" MMC 18 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə telefonları var. Elburus Həsənov haqqında da heç bir məlumat yoxdur.
Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlara diqqət etdikdə "Təmir-Təchizat-4" MMC-nin tenderlərdə fəal iştirak etdiyi aydın olur. Şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların iri məbləğli tenderlərinin qalibi olur.
Yeri gəlmişkən, Qaradağ MKTİB ötən il də yolların təmiri ilə bağlı "Təmir-Təchizat-4" MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 720.146,68 AZN olub. Beləliklə, aydın olur ki, ötən il yolların təmirinə 720 min manat xərcləyən MKTİB hansısa səbəblərdən bu il də yollara 720 min manat xərcləmək zərurəti yaranıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir. Ümumiyyətlə isə Süleyman Mikayılovun icra başçısı kimi karyerası 2005-ci ildən başlayır. O, həmin ilin mayında Yardımlının icra başçısı vəzifəsi təyinat alıb. 2005-ci ilin dekabrında isə Lənkəranın icra başçısı təyin edilib və 2010-cu ilə qədər bu rayona rəhbərlik edib. Mediada Süleyman Mikayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs kimi təqdim edilir. Onun karyera yüksəlişində də nazirin böyük rolunun olduğu bildirilir./Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1470 Tarix: 02 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr