İstisu kəndinin sakinləri Prezidentə müraciət etdi: "İcra Hakimiyyəti problemimizlə bağlı tədbir görmür"
İsmayıllı rayonunun İstisu kəndinin bir qrup sakini Prezident İlham Əliyev cənablarına müraciət edib.
Sonxeber.az kənd sakinlərinin müraciətini təqdim edir:
"Biz bu müraciəti imzza edən şəxslər İsmayıllı rayonu İstisu kənd sakinləriyik. İstisu İsmayıllı rayonundan 27 km aralıda yerləşən 4 tərəfi dağ çay və meşələr olan səfalı kənddir. Azərbaycanın dilbər guşəsi olan İstisu kəndinin yolu yoxdur, indiyə kimi bu kəndə yol çəkilməyib. Bəlkə də Azərbaycanda ikinci belə bir kənd yoxdur ki, yolu olmasın. Yol feodal dövründə daşdan salınıb deyə üzərində nəinki avtomobilllə hətta piyada yermək çox çətindir. Bu səbəbdən əhali çox əziyyət çəkir. Kəndin 1500 dən çox əhalisi 400 yaxın təsərrüfatı var. Kəndin məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur. Ancaq biz sakinləri ən çox narahat edən problem yolun olmamasıdır. Kəndin əsas yolu cəmi 2 km uzunluğundadır.
Yolun olmamasına görə kəndə turistlər gələ bilmir. Ancaq İstisu bəlkədə təbiət gözəlliyinə görə Azərbaycanın gözüdür. Kəndin 4 tərəfi meşəli dağlardır çay axır yayda havası xoş və daima sərin olur. Kəndə yol çəkilərsə turistlər axın edəcək.
Bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciətlər etmişik ancaq hələ heç bir tədbir görülməyib.
Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar yaşayış məskənlərinə yollar çəkilib insanların rahatlığı təmin olunub. Ancaq çox təssüf olsun ki, İstisu kəndinə nəzər salınmır.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik bərbad vəziyyətdə olmasını nəzərə alıb İstisu kəndinə yol çəkliməsinə tapşırıqlar verəsiniz"./Qlobal.az








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1162 Tarix: 03 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr