Atası bankdan kredit götürdü, evini girov qoydu, obyekti yandırdı
Sumqayıt Şəhər Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Mahir Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Quliyev üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 9 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində qeydə alınıb.
Belə ki, M.Quliyev atası Sahib Quliyevə (şərti) məxsus kafe və bərbərxanadan ibarət olan qeyri-yaşayış obyektini içərisindəki əşyalarla birlikdə qəsdən yandırıb. Nəticədə o, zərərçəkmiş şəxsə ümumilikdə 5 786 manat maddi ziyan vuraraq atasının əmlakını qəsdən məhv edib.
Məhkəmə iclasında M.Quliyev özünü təqsirli bilib. O deyib ki, atası S.Quliyev ilə münasibətləri pisdir. Son zamanlar aralarında mübahisələr yaranıb. Buna səbəb isə atasının beş il əvvəl ona məxsus evi banka girov qoyaraq 30 000 ABŞ dolları pul götürməsi və həmin pulu ödəməməsi olub.
M.Quliyev söyləyib ki, atası S.Quliyev həmin kreditin yalnız 16 000 manatını ödəyib. Bu səbəbdən də bankla Mahirin arasında mübahisə yaranıb. Daha sonra Sahib bankdan götürdüyü kredit ilə "Mercedes-Benz" markalı avtomobil alıb. Ata ilə oğlun arasında söhbət zamanı Sahib ona təsərrüfat yaradacağını və onu da orada nəzarətçi qoyacağını deyib. Ancaq atası dediklərinin heç birini etməyib.
Hadisədən bir gün əvvəl hər iki şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı atası onu təhqir edərək kafedən qovub. O, kafeni yandıracağını bildirərək oradan uzaqlaşıb. Daha sonra Mahir gecə saatlarında kafeyə bitişik olan bərbərxananı açaraq oraya daxil olub, salfeti götürüb, obyektin içərisində olan əşyaları bir yerə toplayaraq yandırıb. Bundan sonra o, kafeyə gedərək, orada olan taxta stolları bir yerə yığıb, ardınca da onları salfetlə yandırıb. Sonra digər otaqda da yanğın törədib.
M.Quliyev əməlindən peşman olduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1012 Tarix: 09 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr