Yaralı pakistanlının üstündən tullanaraq zirvəyə qalxan alpinistlər gündəm oldu
Norveçli alpinist Kristin Harila və komandasının Pakistanda dünyanın ikinci ən yüksək zirvəsi olan K2 zirvəsinə qalxarkən yıxıldıqdan qısa müddət sonra ölən yükdaşıyanın üzərindən tullanaraq dırmaşmağa davam etdikləri iddia edilib.
Kristin Harila iyulun 27-də üç ay ərzində 14-cü zirvəsinə qalxaraq dünya rekordunu qırmaq üçün K2 dağına qalxıb. Həmin vaxt 35 yaşlı pakistanlı Məhəmməd Həsən sıldırım qayadan yıxılıb. Harila komandasının Həsəni xilas etmək üçün hər şeyi etdiyini, lakin şəraitin onu daşımaq üçün çox təhlükəli olduğunu söyləyib.
Hadisə ilə bağlı ortaya çıxan fotoşəkillərdə alpinistlərin yerdə uzanmış Həsənin üzərindən tullanaraq dırmanmağa davam etdikləri görünür.
Həmin gün K2 zirvəsinə qalxan avstriyalı alpinistlər Vilhelm Steindl və Filip Flamiq bildiriblər ki, hadisə yerində dronla lentə aldıqları görüntülərdə alpinistlər Həsəni xilas etmək əvəzinə onun üzərindən tullanırlar.
Avstriya mərkəzli "Standard" qəzetinə danışan Flamiq açıqlamasında "Hər kəs zirvəyə qalxmağa davam edərkən, yalnız bir nəfər onu xilas etməyə çalışdı. Bölgədə dərhal hərəkətə keçə biləcək şerpalar və dağ bələdçiləri olsa da, mütəşəkkil bir xilasetmə əməliyyatı həyata keçirilmədi" sözlərinə yer verib.
Steindl isə "Alp dağlarında belə bir şeyin baş verməsini təsəvvür edə bilməzsiniz. Ona ikinci dərəcəli insan kimi yanaşırdılar. Əgər o, qərbli olsaydı, dərhal xilas edilərdi. Heç kim onun üçün məsuliyyət hiss etmirdi. Orada bir rüsvayçılıq baş verdi. Rekord qıra bilmək üçün canlı bir insan arxada buraxıldı" ifadələrini işlədib.
İttihamları rədd edən Harila, "Ona kömək etmək üçün heç bir şey etmədiyimizi söyləmək doğru deyil. 1,5 saat onu daşımağa çalışdıq. Sonra operatorumuz ona qulluq etmək üçün 1 saat gözlədi. Onu heç vaxt tək buraxmadıq",-deyə bildirib.
Pis hava şəraitinə diqqət çəkən Harila deyib:
"Həmin şəraitdə onun necə xilas ola biləcəyini müəyyən etmək çətin idi. O, dağın ən təhlükəli yerində yıxılmışdı. Yolun dar olması və qar şəraiti səbəbindən kimisə daşımaq şansı məhdud idi".
K2, qalxması ən çətin dağ zirvələrindən biri hesab olunur. Mütəxəssislər hesab edirlər ki, K2-nin topoqrafiyası Everestdən daha çətindir, çünki daha az düzənlik sahələri var. Dağda uçqun və qayaların olması riski də yüksəkdir.
2018-ci ilin məlumatlarına görə, K2-yə edilən dırmanışların ölümlə nəticələnməsi nisbəti 5-də 1-dən çoxdur.
Publika.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 963 Tarix: 13 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ bombardmançılarını Britaniyadakı bazadan çıxardı
ABŞ Hərbi Hava Qüvvələri İrana qarşı əməliyyatlarda istifadə olunan Britaniyadakı RAF Fairford bazasından B-1 və B-52 bombardmançılarını geri çəkib. CNN-ə istinadən xəbər verir ki, bu qərar bazaya qarşı ehtimal olunan terror planı ilə bağlı araşdırmadan sonra verilib. Pentaqon təyyarələrin ABŞ-dakı bazalar
5 oktyabrİstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
4 oktyabrYəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı
The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb
5 oktyabrRusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar
4 oktyabrTramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
4 oktyabrRusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
4 oktyabrCənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah
5 oktyabrAlmaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"
4 oktyabr"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu
"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı
4 oktyabr