"Bazarstore"də BİABIRÇILIQ - Qadın müştəriyə zor tətbiq etdilər

Bakının məhşur supermarketindən alınmış ərzaq xanım alıcı ilə obyekt sahibi arasında münaqişəyə səbəb olub. Alıcı Esmiralda Şıxamirova iddia edir ki, "Bazarstore"də ona xarab ərzaq satıblar.

Xanım alıcı criminal.az saytına açıqlamasında bildirib ki, noyabrın 29-da "Bazarstore"nin Əhmədli qəsəbəsindəki mağazasından "Ağ Amur" balığı (Belamur) alıb. Balığı evdə bişirən zaman onun xarab olduğunun şahidi olub. Şikayətçi deyir ki, balığı qızardan zaman parçalanmağa başlayıb. Baxmayaraq ki, balığın pis qoxusu olmayıb, amma çox acı dadıb.

E.Şıxamirova bildirib ki, xarab hesab etdiyi balıqla bağlı mağazanı məlumatlandırıb. Qarşı tərəf ona balığın xarab olmadığı, əksinə çox dadlı olduğunu deyib.

"Azərsun Holdinq" şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov isə açıqlamasında bildirib ki, şikayətçi xanım balığı alandan iki gün sonra xarab olması ilə bağlı mağazaya müraciət edib. Yoxlanıldıqdan sonra məlum olub ki, həmin məhsulda heç bir problem yoxdur. Holdinq rəsmisinin sözlərinə görə, həmin alıcının "Bazarstore"yə qarşı tutduğu mövqedə qərəz var. Çünki heç bir laboratoriya müayinəsi olmadan aldığı balığın xarab olmasını iddia edir və "Bazarstore"nin imicinə zərbə vurur. Ona görə də, həmin xanım məhkəməyə veriləcək.
Məsələ ilə bağlı daha dəqiq informasiya almaq üçün Esmiralda Şıxamirovanın özünə müraciət etdik. O, Qaynarinfo.Az açıqlamasında bir daha bildirdi ki, "Bazarstore"dən aldığı balıq köhnə olub. Hətta bunu bildirmək üçün yollandığı supermarketdə fiziki təzyiqlə də üzləşib:

"Balığın köhnə olduğunu bildikdən sonra onu bişmiş vəziyyətdə "Bazarstore"yə apardım. Amma özləri yeyib dedilər ki, guya "dadı əladır, təzə balıqdır". Normal insan normal balığı mağazaya aparıb, etiraz edər? Əgər balıq normal olmasaydı, mən onu geri niyə qaytarmaq istəməli idim? Orda mənə qarşı çox kobudluq elədilər. "Bazarstore"nin xanım mühafizəçisi məni itələdi, riştaxtaya dəydim. Piştaxtadadakı qiymətlərin şəkilini çəkmək istəyirdim. Buna görə telefonu əlimdən almağa çalışdılar və mənə qarşı fizii güc tətbiq etdilər, təhqir olundum. Bədənimdə xəsarət izləri var. Bütün etirazlarıma baxmayaraq, pulumu qaytarmadılar. Çünki balığı bişmiş vəziyyətdə aparmışdım. Bişməmiş aparsaydım, yenidən piştaxtaya qoyub satışa çıxaracaqdılar. Bişmiş vəziyyətdə isə ondan yararlana bilməyəcəkdilər. "Azərsun Holdinq"in rəsmisi bildirib ki, guya mən iki gün sonra balığı ora aparmışam. Amma belə olmayıb. Balığı axşam almışam, soyuducuda qalıb və səhəri gün bişirəndən sonra aparmışam".

"Azərsun Holdinq" Afiq Səfərov bildirib ki, Esmiralda Şıxamirova "Bazarstore"nin imicinə zərbə vurmaq istəyir və buna görə onu məhkəməyə verəcəklər. Mağazada zorakılığa məruz qalmış xanım isə özü "Bazarstore"ni məhkəməyə vermək niyyətində olduğunu bildirdi:

"Onların məni məhkəməyə verməsi üçün heç bir əsas yoxdur. Mənim haqlıyam. Aldığım balıq xarab çıxıb və onu geri qaytarmağa çalışmışam. Amma özüm zorakılıqla üzləşmişəm. Eşitmişəm ki, məni məhkəməyə vermək istəyirəm. Amma fikrim var ki, mən də məhkəməyə müraciət edərək hüquqlarımı müdafiə edim".
"Bazarstore"də BİABIRÇILIQ - Qadın müştəriyə zor tətbiq etdilər"Bazarstore"də BİABIRÇILIQ - Qadın müştəriyə zor tətbiq etdilər"Bazarstore"də BİABIRÇILIQ - Qadın müştəriyə zor tətbiq etdilər


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6661   Tarix: 04 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vəzifəsindən azad edilən keçmiş baş nazir: "Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər"

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Məsələ ilə bağlı -a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsin

7 may
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

8 may
.

Mayda havalar niyə soyuq keçir? SƏBƏBİ BİLİNDİ

Yaz ayları – mart, aprel, may havanın dəyişkənliyi daha çox müşahidə olunan aylardır. Artıq bir həftədən yaxındır ki, ölkə ərazisində hava şəraiti kəskin dəyişib. May ayında havaların isti keçməsini gözləyən insanlar bu hava şəraitinə təəccübənir. Yay fəsli ərəfəsində soyuq keçən aylara xarakterik iqli

8 may
.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur

8 may
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

8 may
.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

8 may
.

"Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub" - DEPUTAT

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qorunub saxlanmasında və ölkəmizin inkişafı yolunda misilsiz xidmətlər göstərib". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızı

8 may
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

8 may
.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

8 may