Ölsək, pulu kim alacaq? - ARAŞDIRMA

Ölsək, pulu kim alacaq? - ARAŞDIRMAMərkəzi Bankın açıqladığı hesabata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 333,267 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 35,5 faiz çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 51,7 faiz artaraq, 128,549 milyon manata çatıb.

Beləliklə, həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin altı ayında 34,5 manat olub.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

Altı ayda nə qədər sığorta haqqı toplanılıb?

Qeyd edək ki, yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 648,945 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 32 faiz çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 225,032 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,6 faiz çoxdur.

Altı ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı həcmində ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 manat olub.

Həyat sığortası nədir?

Azərbaycanda beş həyat sığortası şirkəti fəaliyyət göstərir.

Həyatın yığım sığortası sığorta olunan şəxsin müntəzəm şəkildə ödədiyi pul məbləğinin sığorta şirkətində müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının formasıdır. Qanunvericiliyə əsasən, həyat sığortasının beş sinfi mövcuddur:

Həyatın ölüm halından sığortası - Müəyyən edilmiş müddətdə sığorta olunanın öldüyü halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

Həyatın yaşam sığortası - Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

Аnnuitet sığortası - Sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda onun xeyrinə pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

Əmək qabiliyyətinin itirlilməsi hallarından sığorta - Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur.

Sağalmaz xəstəliklərdən sığorta - Sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur.
Həyatın yaşam sığortası investisiya alətidir

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayevin sözlərinə görə, həyat sığortası bazarı ümumi sığorta bazarının avanqardlarından hesab olunur: "Dörd könüllü və bir icbari növdən ibarət olan həyat sığortası bazarı üzrə yığımlarda dövri olaraq davamlı artım və böyümə tendensiyası müşahidə edirik. Müvafiq artım və böyümə trendi 2023-cü ilin yanvar-iyun aylarını əhatə edən hesabat dövründə də qeydə alınıb.

Belə ki, həyat sığortası bazarı qeyd olunan müddətdə ötən ilin analoji dövrü ilə müqayisədə 35,5 faiz böyüyüb. Müvafiq böyümədə ən aktiv rol oynayan sığorta növlərindən biri məhz həyatın yaşam sığortası olub. Belə ki, Mərkəzi Bank tərəfindən açıqlanmış cari ilin ilk altı ayını əhatə edən sığorta icmalına nəzər salsaq görürük ki, həyatın yaşam sığortası növü üzrə yığımlar 82,1 milyon manat artaraq, 273,6 milyon manat təşkil edib. Həyatın yaşam sığortası növünün bir sığorta növündən əlavə, həm də bir investisiya aləti kimi də populyarlıq qazandığını nəzərə alsaq, analoji artımı təbii hal olaraq qiymətləndirə bilərik".

E.Mirsalayev bildirib ki, həyat sığortası bazarı üzrə təklif olunan növlər sırasında yalnız bir növ icbaridir ki, bazar üzrə böyümədə onun da əhəmiyyətli rolu müşahidə edilir: "Belə ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə yığımlar hesabat dövründə 44,4 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,1 milyon manat çoxdur".

Həyatın yaşam sığortası necə hesablanır?

Sığorta sahəsi üzrə ekspert Pərviz Quliyevin sözlərinə görə, həyat sığortasının tarixi uzaq deyil: "Həyatın yaşam sığortasına aylıq əməkhaqqınızdan qoşulursunuz, ödədiyiniz sığorta haqqı toplanır və 36 aydan sonra bütöv şəkildə götürürsünüz. Burada ödəməli olduğunuz vergi və sosial ayırmalar sizə qalır. Əlavə olaraq sığorta şirkəti müəyyən investisiya gəlirləri verir".

P.Quliyev həyatın yaşam sığortası üzrə sığorta məbləğinin formalaşması prosesini izah edib: "Məsələn, dövlət sektorunda çalışanlar üçün bu məhsul daha gəlirlidir. Vətəndaşın həyatın yaşam sığortasına qoşulması üçün çalışdığı təşkilatın hər hansı bir həyat sığortası şirkəti ilə əməkdaşlığı olmalıdır. Aylıq əməkhaqqısı 1200 manat olan əməkdaş 600 manatla bu sığortaya qoşula bilər. Təbii ki, bu zaman bütün vergi və sosial ayırmalar daxil həmin məbləğ toplanır və müqavilə minimum 36 aylıq müddətə bağlandığı üçün, sığortalı məbləği müqavilənin sonunda götürür. Nəticədə bu müddət ərzində şəxsin yaşına, cinsinə və anderraytinq tələblərinin normativlərinə uyğun olaraq onun ödəyəcəyi sığorta haqları üzərindən sığorta məbləği formalaşdırılır və bu məbləğ 21600 + 22 faiz işə götürən (4752) hesabına ödənilən sosial ayırma əlavə edilir və nəticədə 26352 manat edir. Üzərinə də investisiya gəliri əlavə olunur. Sığortalanan şəxs sağ qalarsa, bu məbləğ onun özünə, müddət ərzində dünyasını dəyişərsə, faydalanan şəxslərinə ödənilir".

Ekspert qeyd edib ki, dövlət müəssisələrində vergi tutulmaları fərqlidir: "22 faiz işəgötürənin hesabına əməkdaşın pensiya kapitalına ödənilən vəsaiti var ki, sığorta hesabına böyük bir gəlirlik ortaya çıxarır. Təxmini gəlirlik 42-53 faiz arası dəyişir. Həyat sığortasının icbari növü var ki, bu məhsul korporativ məhsul hesab olunur. Azərbaycan ərazisində işləyən dövlət və özəl müəssisələr icbari şəkildə işçilərini bu növ üzrə icbari sığortalamalıdırlar. İş saatında bədbəxt hadisə baş verərsə, aldığı xəsarət üzrə tibbi xərcləri sığorta şirkəti ödəyir".

Həyatın yaşam sığortasının artma səbəbi

PAŞA Həyat şirkətinin Satış departamentinin direktoru Tofiq Əliyev deyir ki, ötən ilin yanvar-iyul ayına nisbətən bu ilin eyni dövründə Azərbaycanda sığorta bazası təxminən 32 faiz artıb:

"Həyat sığortası 35, qeyri-həyat sığortası isə 28 faiz artıb. Səbəbi insanların maariflənməsi, sığorta şirkətlərinin yeni məhsullar təklif etməsi, insanların sığortaya qarşı artan inamıdır. Həyatın yaşam sığortasında insanların tək vəfat etməsi halında yox, yaşaması halında da sığorta ödənişi edilir. Azərbaycanda həyatın yaşam sığortasından investisiya aləti kimi istifadə edilir. Ona görə də bu növ sığortalılar üçün çox maraqlı və aktualdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3317   Tarix: 19 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah 22 dərəcə isti olacaq

Azərbaycanda aprelin 17-də 22 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

16 aprel
.

Xalq artistinin qardaşı qızının meyiti tapıldı - 1 həftə əvvəl ölübmüş

Bakı şəhər Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyiti tapılıb. ARB-yə istinadən xəbər verir ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor

17 aprel
.

Azər Hacıyevə yüksək vəzifə verildi

Mingəçevir Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. -ın məlumatına görə, bu barədə icra başçısı İlham İsmayılov əmr imzalayıb. İcra başçısının əmri ilə Azər Hacıyev qurumun Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiy

17 aprel
.

"Təhsildən və milli metodikadan bixəbər olanların hazırladığı bu cür əndrəbadi testlər məni təəccübləndirmir" - Şəmsi Qoca

"Təhsil materiallarında, xüsusilə də monitorinq və olimpiada tapşırıqlarında rast gəlinən adların seçimi ilk baxışda texniki bir prosedur kimi görünsə də, əslində bu, şagirdin psixoloji dünyasına və milli mənsubiyyət qavrayışına birbaşa təsir edən mühüm amildir. Tez-tez arqument gətirilir ki, beynəlxal

16 aprel
.

Əli Əsədovun biznes və tikinti imperiyası...

Prezident İlham Əliyevin bir sıra çıxışlarından sonra cəmiyyətdə müzakirə olunan ən ciddi məsələlərdən biri məmurlar, onların fəaliyyəti, davranışı, öz vəzifə borclarına münasibəti, bir sözlə, məmur obrazı ilə bağlı olub. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı həmişə məmurlardan peşəkarlıq

17 aprel
.

Güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasınd

17 aprel
.

19 illik müəllim video çəkib üsyan etdi - VİDEO

Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra sosial mediada yayılan video təhsil mühitindəki narahatlığı bir daha gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, videoda çıxış edən 19 illik ibtidai sinif müəllimi belə bir dövrü peşə fəaliyyəti ərzində ilk dəfə yaşadığın

16 aprel
.

Prezidentin qızı və gəlininin film təqdimatından - Fotoları

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva "Mən, Lalə və Şerlok Holms 2" çoxseriyalı bədii filminin təqdimatından fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, təqdimatda Alena Əliyeva və Leyla Əliyeva iştirak ediblər. Həmin fotoları təqdim edirik:

16 aprel
.

Bakıda bu şadlıq sarayı bağlandı (FOTO/VİDEO)

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 7 ünvanında fəaliyyət göstərən "Səbinə" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirili

16 aprel