Nazirlikdən əhaliyə ÇAĞIRIŞ: "Bəzən bir ərazi dəfələrlə yığışdırılır"

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ: "Bəzən bir ərazi dəfələrlə yığışdırılır""Təbiət bütün fəsillərdə gözəl olsa da, yaz-yay aylarında xüsusilə seçilir. İnsanlar da bu, fürsəti əldən verməyərək, istirahət üçün təbiətə üz tutur, əsrarəngiz gözəlliklərdən zövq almağa çalışırlar. Əfsuslar olsun ki, həmin əraziləri tərk etdikdən sonra bu gözəlliyi tullantılarla məhv edirlər".

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

Onun sözlərinə görə, bu ilin may ayından etibarən ETSN tərəfindən "Təmiz ölkəm" devizi altında təmizlik aksiyalarına start verilib:

"Hər şənbə ölkə ərazisinin dəniz, çay sahillərində, göl ətrafı ərazilərdə, meşələrdə aksiyalar keçirilir. Bu aksiyalara müxtəlif dövlət qurumları, təşkilatlar, gənclər, könüllülər, sakinlər qoşulur. Ərazilərdə plastik qablaşdırmalar, butulkalar, şüşə, metal tullantılar, siqaret kötükləri, qida qalıqları və daha nələrə rast gəlinir, axı bütün bu tullantılar təbiət, biomüxtəliflik və insan sağlamlığı üçün zərərdir.

Eyni zamanda, isti yay günlərində yanğın riskinin artmasıdır. Bəzən bir ərazi dəfələrlə yığışdırılır, növbəti dəfə eyni mənzərə təkrarlanır".

O qeyd edib ki, aksiyaların keçirilməsi təbliğat xarakterlidir, ekoloji şüurun formalaşmasına nail olmaqdır:
"Vətəndaşlara bir çağırış edərək bildiririk ki, tullantıları düzgün idarə edək, onlara nəzarət edək, hara gəldi atmayaq, əraziləri tərk edərkən atdığımız tullantıları toplayaq, təbiəti çirkləndirməyək. Axı hər kəs o dənizə, meşəyə, çaya üz tutur, həmin ərazilərdə dincəlir, ailəsini, övladlarını aparır. Bu cür genişmiqyaslı aksiyaların keçirilməsində də əsas məqsəd məhz ictimaiyyətin diqqətini tullantıların düzgün idarə olunmasına yönəltmək, onları alışılmış vərdişlərdən uzaqlaşdırmaq, bu işlərə daha geniş kütləni cəlb etməklə təbiət ərazilərinin təmizliyinə nail olmaqdır.

İctimai qınağın artması da sevindirici haldır. Bəzi ekoloji problemlərə qarşı formalaşan ictimai qınaq, bu sahədə birgə səylərin göstərilməsi təmiz ətraf mühitdə yaşamaq üçün olduqca vacibdir. Artıq vətəndaşlar tərəfindən tullantı atan şəxslərə qarşı ictimai qınağın da başlanıldığının şahidi oluruq.

Yolda, maşında gedərkən, hansısa ərazidə istirahət edərkən tullantıların ətrafa atılması, qalaqlanması, yandırılması və digər bu kimi hallarla rastlaşdıqda görüntüləri çəkib paylaşmaqla biz həm qınaq edirik, həm də ictimaiyyətin diqqətini tullantıların düzgün idarə olunmasına yönəltmiş oluruq.

İnanırıq ki, təbiətə qarşı duyarlılıq hissi daha çox artacaq, zövq aldığımız gözəllikləri tullantılarla məhv etməyəcəyik. Və bu cür aksiyalarla ölkədə vətəndaşlarımızın əraziləri çirkləndirmədən tullantıları düzgün idarə etmək vərdişinə yiyələnməsinə töhfə vermiş olacağıq. Hər kəsi ətraf mühiti birgə qorumağa çağırırıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2115   Tarix: 19 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr