Şuşada qalıqları tapılan şəhid Adil Niftəliyevin bacısı: "31 ildən sonra onu doğma kəndində dəfn edəcəyik"
"Torpaqlarımız işğaldan azad olunandan sonra özümə söz vermişdim ki, gedib Şuşadan, qardaşım şəhid olan yerdən bir ovuc torpaq gətirib onun üçün qəbir düzəldəcəm. Amma ötən gün bizə 31 ildir yolunu gözlədiyimiz qardaşımız Adil Niftəliyevin qalıqlarının tapıldığı barədə məlumat verdilər. İndi hamı bizə gözaydınlığı verir. Nəhayət ki, gözümüz yollardan çəkilər. Yaxın günlərdə qardaşımızın qalıqlarını doğma kəndində torpağa tapşıracayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Bu sözləri APA-ya Birinci Qarabağ müharibəsində Şuşa rayonunun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan, amma meyiti 31 il sonra aşkarlanan şəhid Adil Niftəliyevin bacısı Qızılgül Niftəliyeva söyləyib.
Adil Kamal oğlu Niftəliyev 24 iyul 1966-cı ildə Xaçmazın Kiçik Baraxum kəndində doğulub.
Birinci Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə gedib.
Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.
"Qardaşım haqqında xəbəri 31 il sonra aldıq. Bizə bildirildi ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından bəzilərinin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri də mənim qardaşım Adil Niftəliyevdir. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsində bizim ailə üzvlərimizlə görüş oldu. Yaxın günlərdə qardaşımın qalıqları gətirilərək kənd qəbiristanlığında dəfn olunacaq. Biz nəhayət 31 il sonra şəhid qardaşımıza qovuşacağıq. Bu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı qələbə sayəsində mümkün oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə şəhidin qardaşı Tofiq Niftəliyev bildirib.
Niftəliyevlər ailəsi bu gün Xaçmaz Şəhidlər xiyabanında şəhid Adil Niftəliyevin xatirə lövhəsini ziyarət edib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan bütün Vətən oğullarının xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Bu barədə avqustun 18-də Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.
Bildirilib ki, onlar Nurəli Hacıbaba oğlu Abdullayev, Nofəl Nəriman oğlu Qurbanov, Araz Bağı oğlu Rüstəmov, Gülverdi Ağahüseyn oğlu Hüseynov, Məhərrəm Abbas oğlu Abbasov, Adil Kamal oğlu Niftəliyev və Baba Balakişi oğlu Mikayılovdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2279 Tarix: 20 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabr