"Tükənməz və daha etibarlı qaynaq hesab edilən yaşıl enerji sahəsində Azərbaycanın artan imkanlarını görməzdən gəlmək mümkün deyil"-ŞƏRH

"Tükənməz və daha etibarlı qaynaq hesab edilən yaşıl enerji sahəsində Azərbaycanın artan imkanlarını görməzdən gəlmək mümkün deyil"-ŞƏRH"Macarıstan Azərbaycanın müstəqilliyini hələ 1991-ci ildən ilk tanıyan dövlətlərdən biri olsa da və ölkələrimiz arasında diplomatik münasibətlər hələ 1992-ci ilin aprelindən qurulsa da Bakı-Budapeşt münasibətlərinin ən uğurlu dönəmi son 10 ildə müşahidə olunmaqdadır. Müasir geosiyasi qütbləşmənin dərinləşməsi və qlobal təhlükəsizlik sahəsində müşahidə olunan boşluqlar fonunda Macarıstanın Baş naziri Viktor Orbanın özünün də bir neçə dəfə ifadə etdiyi kimi, "təkcə Avropa yox, dünyanın digər bölgələri də təhlükələrlə üz-üzədir". Belə bir şəraitdə dövlətlərin ümumbəşəri dəyərlərə sadiq olaraq dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qarşılıqlı fəaliyyət göstərməkdən başqa çıxış yolu yoxdur. Ələxsus da, Azərbaycan kimi zamanında gedişatı doğru qiymətləndirərək siyasi və iqtisadi müstəqilliyini tam təmin etmiş, müstəqil siyasət yürüdən dövlətlərin hazırkı böhranlar fonunda çəkisinin artması şəraitində".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bu il yanvarın 30-da cənab İlham Əliyevin Budapeştə səfəri zamanı liderlər mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımızın ifadə etdiyi kimi, "ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır.

"Həqiqətən də Budapeşt-Bakı əlaqələrinin yol xəritəsinə diqqət etsək, şəxaləndirilmiş və dərinləşməkdə olan əməkdaşlığın əhəmiyyətini dərk etmək çətin deyil.
İlk növbədə Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyduğu və yaranan situasiyada Azərbaycanın əhəmiyyətinin dərhal, cənab Orbanın bəyan etdiyi kimi, "bir növ sıçrayışla artması" Qoca qitədən Azərbaycana baxışı köklü surətdə dəyişdi. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun".

Qərb artıq yaxşı başa düşür ki, cənab İlham Əliyevin bəyanatları yalnız sözdə ifadə olunmur, artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ardınca Rumıniyaya, oradan Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılması reallıqdır.

Həmçinin, tükənməz və daha etibarlı qaynaq hesab edilən yaşıl enerji sahəsində Azərbaycanın artan imkanlarını görməzdən gəlmək mümkün deyil. Bu çərçivədə Qara dənizin dibi ilə Azərbaycandan mərkəzi Avropaya kabelin çəkilməsi istiqamətində addımlar çox ciddi koordinasiya tələb edir ki, bu ilin fevralından Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya müvafiq layihə üzrə gələcək fəaliyyətin konsepsiyası üzərində birgə işləməyə başlaması Bakı-Budapeşt əlaqələrində yeni səhifə açmaqdadır.
Həm təbii qaz, həm də elektrik enerjisi baxımından Azərbaycandan gedəcək enerji həcmlərinin Macarıstandan keçməsi isə əməkdaşlığın başqa bir sferasında, tranzit tərəfdaşlıq üçün yeni potensial açır. Ötən dövrün uğurlu əməkdaşlıq təcrübəsi isə bu sahədə əla perpektivlər vəd edir. Bildiyiniz kimi, artıq dəmir yolları vasitəsilə yüklərin qarşılıqlı ötürülməsinə başlanılıb. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcminin kəskin artması fonunda, ölkəmizin
Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevriməsi Budapeşt üçün də fürsətdir və Prezident İlham Əliyevin Macarıstana ötən səfərində anons verdiyi kimi, "Burada Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var".

Əlbəttə, Azərbaycan-Macarıstan əlaqələri yalnız enerji sahəsində əməkdaşlıq üzərində qurulmayıb. Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə ilə ikitərəfli əməkdaşlığı strateji səviyyəyə yüksəltmiş dost dövlətlərdir və xüsusən təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə ciddi qarşılıqlı dəstək verməkdədir. O cümlədən bizim Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və birgə fəaliyyət nümunəmiz mövcuddur.

Habelə, humanitar sahədə ciddi əlaqələr formalaşıb, 200-dən artıq Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə bu ölkədə təhsil alır. Bundan başqa ötən səfər zamanı Azərbaycan Prezidenti mina təmizləmə sahəsində Macarıstanın təcrübəsini nəzərə alaraq, bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar gördüyünü bəyan etmişdi.
Bu mənada Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri həm strateji tərəfdaşlığın dərinləşdirilməsi, həm də görülən işlərin səmərəliliyinin təhlili baxımdan mühüm imkan olmaqla əlaqələrimizin bir üst səviyyəyə yüksəldilməsi üçün yaxşı imkan olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1662   Tarix: 21 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr