Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb
Azərbaycanın Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Azərbaycanın Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil "Artsax Respublikası" kimi adlandırması, ərazimizdə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycanın Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan "Yerli özünü müdafiə qüvvələri" adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştirak etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib.
Qeyd olunanlara əsasən avqustun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 919 Tarix: 22 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr