"İTTNET" MMC-nin "korrupsiya əməliyyatı":Kabel çəkilişi üçün istifadə olunan dirəklər satılıb?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və "Aztelekom" MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində rayonlarda ilk dəfə olaraq GPON (Gigabyte Passive Optical Network) şəbəkəsi qurulur. Layihə çərçivəsində rayon və kəndlərdə müasir standartlara cavab verən fiber-optik kabellərlə çəkilir.
AzFakt.com-un əldə etdiyi məlumata görə, Ağdam rayonunun kəndlərində GPON layihəsini həyata keçirən "İTTNET" MMC şirkəti korrupsiya hallarına yol verib. Belə ki, şirkət rəhbərliyinin Ağdamın Zəngişalı, Baharı və s. kəndlərində GPON layihəsi çərçivəsində intenet kabellərinin çəkilişi zamanı istifadə olunan dirəklərin bir hissəsinin mənimsənildiyi bildirilir.
Məlumata görə kəndlərdə internet kabelləri üçün basdırılan dirəklərin məsafə arası 100 metrə yaxındır. Əslində isə çəkiliş layihəsində bu məsafənin 30-40 metr arasında olduğu göstərilib.
Bundan başqa, "İTTNET" MMC rəhbərliyinin dirəklərin basdırılması və kabellərin çəkilişi zamanı görülən işləri 2 dəfə şişirtdiyi deyilir. Belə ki, çəkilişdə işləyən işçilər sənəddə aldıqları vəsaitdən 2 dəfə artığına qol çəkərək, kartlarına vurulan həmin vəsaiti "İTTNET" MMC rəhbərliyinə qaytarıblar.
Əldə etdiyimiz məlumata görə, "İTTNET" MMC-nin Ağdam rayonun kəndlərində yol verdiyi korrupsiya əməllərinə şirkətin GPON Layihəsinin qurulması üzrə rəhbəri Arif Fərzəliyev adlı şəxs rəhbərlik edir.
Şirkət hazırda Tərtər rayonunun kəndlərində də GPON Layihəsini həyata keçirir.
Bildirək ki, "İTTNET" MMC şirkətinin direktoru Cəbrayıl Abbasov adlı şəxsdir.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1914 Tarix: 22 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr