Nazirlik layihəsinə 300 min ayırdığı xəstəxananın tikintisinə nə qədər xərcləyəcək?
Bakıda 4 saylı Uşaq Vərəm Sanatoriyasının söküldüyü barədə məlumat vermişdik. Məlumatda sanatoriyanın yerində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının tikiləcəyini qeyd etdmişdik. Həmçinin vurğulamışdıq ki, Səhiyyə Nazirliyi yeni xəstəxananın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.
Qaynarinfo xəbər verir ki, qurum artıq satınalma müsabiqəsini yekunlaşdırıb. Tenderin qalibi "BİMD" Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.
Yeni xəstəxananın layihə-smeta sənədləri Səhiyyə Nazirliyinə 295 800 AZN-ə başa gələcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "BİMD" QSC 28 dekabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 8-də yerləşir. QSC-nin qanuni təmsilçisi Qarayev İlkin Malik oğludur.
"BİMD" QSC 17 noyabr 2020-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin tarxidə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib. Şirkətin rəsmi veb-səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, "BİMD" QSC BİM (Building İnformation Modeling - Binaların İnformasiya Modelləşdirilməsi) texnologiyalarını tətbiq edən ilk şirkətlərdəndir.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "BİMD" QSC tenderlərdə fəal iştirak edir.
QSC 2021-2023-cü illər ərzində dövlət qurumlarından 3 403 542, 9 AZN dəyərində sifariş alıb. Satınalma müqavilələrinin hamısı layihə-smeta sənədlərinin hazırlanması ilə bağlıdır.
QSC-nin qanuni təmsilçisi İlkin Qarayevə gəlincə, açıq mənbələrdə onun barəsində heç bir məlumata rast gəlinmir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2562 Tarix: 22 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr