"İnvestAZ"a güvənmək olarmı? – "İnsanlar son pullarını maliyyə əməliyyatlarına yerləşdirməsinlər"
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin sayı artıb. "Yatırımı sadələşdirmək", "asan və anlaşılan şəkildə müştəriyə təqdim etmək" devizi ilə fəaliyyət göstərən şirkətlərdən biri də "İnvestAZ"dır. Bu şirkətlə bağlı vətəndaşlar sosial şəbəkələrdə çoxsaylı müraciətlər ünvanlayırlar. Bəs görəsən belə investisiya şirkətləri nə dərəcədə güvənlidir? Vətəndaşları aldada bilərlərmi? Bu məsələlərdə insanlar nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Pravda.az-ın suallarını cavablandıran bank məsələləri üzrə ekspert Əkrəm Həsənov vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Ekspert deyib ki, Azərbaycanda qiymətli kağızlar bazarı real olaraq yoxdur: "Bizdə heç kim heç kimin qiymətli kağızını elə-belə almır. Çünki bilinmir ki, onun arxasında nə durur, gəlir gətirəcəkmi, aldadacaqlarmı... Azərbaycanda valyuta bazarı da çox primitivdir. Bəllidir ki, milli valyutanın məzənnəsi sabitdir və Mərkəzi Bank tərəfindən tənzimlənir. Buna görə də "İnvestAZ" kimi investisiya şirkətləri milli bazarda real xidmət göstərə bilməzlər. Nə xidmət göstərəcək? Xarici bazarlarda ola bilər. Onda gərək insanlarımız xarici şirkətlərin səhmlərini alsınlar. Buna görə də, düşünürəm, Azərbaycanda xarici bazarları bilən kifayət qədər peşəkarlar yoxdur ki, nəsə etsinlər. Həm də təhlükəlidir. Nəsə səhm aldınız, sabah batdı. Mən belə bir fəaliyyətə çox ehtiyatla yanaşardım. Ən azından insanlara tövsiyə edirəm ki, son pullarını gedib belə maliyyə əməliyyatlarına yerləşdirməsinlər. Kiminsə çox pulu varsa, istəyirsə, bir hissəsini qoysun, görsün ki, nəsə gəlir əldə edə biləcək, ya yox".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1222 Tarix: 23 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr