"Bütün təxribatlar sübut edir ki, Ermənistan düşmənçilik niyyətindən əl çəkmək istəmir" - DEPUTAT
"Ermənistan təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalşırlar".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, Ermənistan yaxşı olardı ki, havadarlarına deyil, Ali Baş Komandan İlham Əliyevin məsləhətlərinə qulaq assın:
"Son zamanlar Ermənistan hakimiyyəti ziddiyyətli, sülh prosesini ləngitməyə yönəlmiş təxribatlar atmaqdadır. Bütün təxribatlar sübut edir ki, Ermənistan düşmənçilik niyyətindən əl çəkmək istəmir və buna görə də məqsədyönlü şəkildə təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Ermənistanın bütün təxribatlarını regionda baş verən proseslər kontekstində qiymətləndirməsi vacibdir. Açıq şəkildə görünür ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməklə sülh sazişinin imzalanmaqdan boyun qaçırmağa çalışır. Ermənistandan fərqli olaraq Azərbaycan regionda sülh və əməkdaşlıq mühitinin yaradılması istiqamətində çox mühüm addımlar atmaqdadır. Yaxşı olardı ki, Ermənistan da öz ənənəvi siyasətini dəyişərək, bölgədə sülhün və əminamanlığın bərbası üçün çalışsın".
Deputat vurğulayıb ki, Ermənistan təxribat xarakterli əməllərinə birdəfəlik son qoymalıdır:
"Heç kəsə sirr deyil ki, Ermənistanda əhalinin həyat səviyyəsi aşağıdır. Ermənistan xalqı mövcud vəziyyətdən narazıdır. Təxribatların əsas səbəbi də məhz Nikol Paşinyanı devirməkdir. Amma ermənilər bilməlidir ki, bütün təxribatlar onları daha ağır vəziyyətə salır. Yaxşı olar ki, ermənilər 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətlərini və Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatlarını unutmasınlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1321 Tarix: 23 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr