Saleh Məmmədovun dəyəri millyonlarla ölçülən istirahət mərkəzi - Kəlbəcər bu dəfə də "İşğal" altına düşdü
Kəlbəcər bu dəfə də " İşğal" altına düşdü
Qarabağ azad olunmamışdan əvvəl "Azəravtoyol" ASC-nin bahalı şefi Saleh Məmmədov Göygöl rayonu Aşıqlı kəndinin girişində özünə dəbdəbəli ailəvi istirahət mərkəzi ucaldıb. Dəyəri molyonlara varan məkanı S.Məmmədovun yolkənarı inşa etdirdiyi "SMS" adlı yanacaqdoldurma məntəqəsi də müşaiyət edir.
Göygöl. Aşıqlar kəndi yaxınlığındakı SMS YDM-si
Saleh Məmmədov sözügedən istirahət mərkəzini sabiq icra başçısı Arif Seyidovun "xeyir-duası" ilə qanunsuz əsaslarla - yəni, təpəlikdə yerləşən hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz olaraq tikdirə bilib. Bunun müqabilində isə, ötən illərdə Göygöl-Aşıqlı yolunun həmin əraziyə düşən hissəsində yol infrastrukturunun abadlaşdırılması və genişləndirilməsi işini özünün (qurumun-O.N) vəsaiti hesabına həyata keçirib.
Məkanda 10-larla müasir tipli kotteclər, böyük otel-əyləncə binası, uşaqlar üçün ayrıca əyləncə mərkəzi, kupe və çardaqlar var. İstirahət mərkəzində təkcə yay mövsümü üçün deyil, qonaqların ilboyu istirahət etmələri üçün fəaliyyət nəzərdə tutulub.
Göygöl. Aşıqlar kəndindəki dəyəri 18 milyon manat olan İstirahət Mərkəzi
Torpaqlarımız azad edilənədək Azərbaycanın hər yerinə səpələnmiş S.Məmmədovun obyektlərinin əksəriyyətini deyilənə görə "yollar kralı" nın ən sədaqətli işçisi olan, məclislərdə onun ayaqqabılarını əmr olmadan cütləyən Çıraqov Nizami adlı birisi idarə edir. Elə sədaqətinə və etibarlığına görə Çıraqov hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yaşıllaşdırma və Ekologiya İdarəsinin müdiri təyin edilmişdir.
Amma onun rəsmi idarədə görən olmayıb. Budur, işğaldan azad olunmuş Kəlbəcərdə yolların çəkilişi zamanı AAYDA-nın bir çox texnikaları bu bölgəyə cəlb edilsə də, işlərin görülüb qurtarmasına baxmayaraq texnikalar burada dövlət büdcəsi hesabına qalmaqdadır və fiziki və hüquqi şəxslərə icarəyə verilərək pullar qazanılır. Hələ bu harasıdır?
"Yollar kralı" Kəlbəcərin azad olunmasından sonrakı çətin günlərdə bütün yol strukturunu gecə gündüz bilmədən qaydasına qoyan rayon Yol İstismar İdarəsi MMC-nin müdiri olmuş Aqil bəyi özünün Çıraqov Nizami kimi ən yaxın bildiyi Firdövsi ilə əvəz etmişdir.
Əvəzləmənin sirri isə kimsəyə aydın olmasa da, bizə məlum dur ki, on minlərlə mal-qaranın, qoyun quzunun Kəlbəcərdə otarılmasına, geniş arıçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün AAYDA-nın texnikalarından gen-bol istifadə etmək asan olsun. Kimsə etiraz etməsin ki, bəs dövlətin işi qaldı, və s. bəhanələr.
Bəli, indi Çıraqovun başı Kəlbəcərdəki arılara, danalara, öküzlərə, inəklərə, qoyunlara nə qədər qarşısa da Göygöldəki, istirahət mərkəzini də, Aşıqlı kəndindəki, İmişli yolundakı SMS yanacqdoldurma məntəqələrini də əvvəlki kimi olmasa da hesabatlar vaxtı özünü obyektlərə yetirə bilir. Hesab edirik ki, bu adamı 2-ci dərəcəli "Əmək" ordeninin təltif edilməsi üçün AAYDA rəhbərliyi cənab Prezidentə tezliklə təqdimat yazacaqdır. Əvvəlcədən təbrik edirk. (İfade.tv)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Kamran Əsədovun 3 il həbsi tələb edildi
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Noyabrın 9-u bu yollar BAĞLANACAQ