Telefonumuza gələn zəlzələ bildirişləri: Niyə təşvişə düşürük...

Telefonumuza gələn zəlzələ bildirişləri: Niyə təşvişə düşürük...Avqustun 23-də Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ baş verib. Yerli vaxtla saat 01:23-də qeydə alınan zəlzələnin maqnitudası 5-ə bərabər olub. Ocağı 13 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 4 baldan çox, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Saatlıda, Masallıda, Lənkəranda, Yardımlıda və Lerikdə hiss edilib. Zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb.

Ancaq zəlzələ sosial şəbəkələrdə geniş panikaya səbəb olub. Belə ki, "Android" əməliyyat sistemi ilə işləyən smartfonlara zəlzələ barədə xəbərdarlıq gəlib və bir çox insan təşvişə düşüb. Bu, ilk belə hal deyil...

Bir neçə gün öncə smartfonlardakı xəbərdarlıq sistemi Türkmənistanda baş verən 5 bal gücündə zəlzələ ilə bağlı Azərbaycana da bildiriş göndərmişdi. Zəlzələ 200 kilometrdən uzaq məsafədə olsa da, panika yaratmışdı. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı zəlzələnin Azərbaycanla heç bir əlaqəsi olmadığını dedi.

Bəs nə etmək olar ki, insanların təşvişə düşməsinin qarşısı alınsın? Hazırkı proqramın alternativi varmı?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texno-bloqer Fərid Pərdəşünas vurğulayıb ki, zəlzələ ilə bağlı göndərilən məlumatlarda insanlar məsafəyə baxmalıdır:
Telefonumuza gələn zəlzələ bildirişləri: Niyə təşvişə düşürük..."Məsələ belədir ki, "Google" üzərində olan datalarla inteqrasiya etdiyi cihazlarla "Android"lərə bildiriş göndərir. Feyk xəbər də göndərilmir. Orada məsafə qeyd edilir. İnsanlar o məsafəyə baxmalıdır".

F.Pərdəşünas belə məlumatların yollanmasının çox faydalı olduğunu düşünür:

"Təşvişə düşməyə səbəb yoxdur. Belə məlumatlar çox yaxşıdır. Türkiyə zəlzələsində elə bir bildiriş getməmişdi. Əksinə nə qədər bildiriş gəlsə, o qədər yaxşıdır ki, insan məlumatlı olur. Hazırda bu proqramın alternativi yoxdur. Hələ ki, bunu ən yaxşı edə bilən "Google"dir. Alternativ ancaq yerli idarəetmə orqanlarının özlərinin sistemləri, mobil tətbiqləri ola bilər. O da hələ ki, Azərbaycanda yoxdur".
Telefonumuza gələn zəlzələ bildirişləri: Niyə təşvişə düşürük...İT üzrə mütəxəssis Pərvin Əsədov vurğulayıb ki, proqram "Android" cihazlar üçün nəzərdə tutulur:

"Bu onun istehsal xüsusiyyətidir. "İphone" üçün belə bir funksionallıq yoxdur. Sadəcə bir neçə proqram var ki, onu "Apple market"dən yükləmək lazımdır. "İphone" üçün belə proqramları yükləyərkən parametrləri elə tənzimləmək lazımdır ki, zəlzələdən sonra 1 dəqiqə, 10 saniyə əvvəl məlumat gəlsin. Bunun üçün internet parametrlərini tənzimləmək lazımdır, "location" göstərilməlidir".

Pərvin Əsədov vurğulayıb ki, proqramın göndərdiyi məlumatlara görə təşvişə düşməyə ehtiyac yoxdur:

"Bu proqram əvvəldən var və onda hər hansı yenilənmə olmayıb. Əslində, yenilənmələr gözlənilir. Episentrə daha yaxın olan yerlərdə bildiriş gəlməyi proqramın növbəti yenilənmiş formasında tətbiq olunacaq. Köhnə versiyada episentrdən uzaq bölgəyə məlumat göndərilsə də, məsafə göstərilir. Bunu da telefon istifadəçisi görür ki, episentr onun yerləşdiyi "location"dan çox aralıdır. Heç bir təşviş keçirməyə dəyməz. Bu artıq insanın özündən asılıdır. Psixoloji cəhətdən zəif olan insan onsuz da məsafədən asılı olmayaraq təşviş keçirəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1249   Tarix: 25 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr