Azərbaycanda 8-9 ballıq zəlzələ olacaq? - Telefonlarımıza gələn zəlzələ SMS-ləri... - RƏSMİ

Azərbaycanda 8-9 ballıq zəlzələ olacaq? - Telefonlarımıza gələn zəlzələ SMS-ləri... - RƏSMİ"Bu işdən xəbəri olmayan, adını alim qoyanlardır deyirlər ki, "Zəlzələ olacaq", "Qışda qar yağacaq", "Yayda gün çıxacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, belə danışanlar boşboğazlardır, bu işlə məşğul olmayanlar, ümumiyyətlə zəlzələ nə cür baş verir, dalğa haradan gəlir bilməyənlərdir:

"Oturub ağızlarına gələni yazırlar, deyirlər. Mən elə şeylərə fikir vermirəm. Bütün respublika üzrə zəlzələ tədqiqatını ən müasir aparatlarla həyata keçirən cəmi 1 qurum var. Bizim təşkilatdan bir nəfərin adı çəkilsin ki, nə vaxtsa ağzına gələn boş sözü desin. Bu işdən xəbəri olmayan, adını alim qoyanlardır deyirlər ki, "Zəlzələ olacaq", "Qışda qar yağacaq", "Yayda gün çıxacaq". Bu yaxınlarda Cəlilabadda baş verən zəlzələnin ardınca saytların biri yazıb ki, "Bəs seysmoloq deyirdi zəlzələ olmayacaq?".

Seysmoloq bir daha xatırlatma etdi ki, yaxın günlər üçün dağıdıcı katastrofik zəlzələ olma ehtimalı yoxdur:

"Mən hər zaman demişəm, yenə də təkrar edirəm yaxın günlər üçün dağıdıcı katastrofik zəlzələ olma ehtimalı yoxdur. 5 bala kimi olan zəlzələ böyük zəlzələ deyil. Çünki zəlzələlərin də kateqoriyaları var. Bu elmdir, bundan xəbəri olmayanlar danışırlar. Cəlilabadda bir dənə ev dağıldı? Əlbəttə ki yox. Sözüm odur ki, nə isə deyəndə düşünün, ağlınız olsun! İndi telefonumda bildirişlər də var. Gecədən bu yana 40-dan çox yeraltı təkanlar olub. Biri də hiss edilməyib. Mən deyirəm ki zəlzələ olmayacaq? Zəlzələ bölgəsində qızılgül bitməyəcək ki, zəlzələ olacaq da… İnsanlardan xahiş edirəm, boş-boş şeylərə inanmayın".

"Kim deyir ki, İstanbulda zəlzələ olmayacaq? 6 aydır bar-bar bağırırlar. 20 milyon əhalisi olan şəhər otursun gözləsin ki, zəlzələ olacaq? Bəli, İstanbul zəlzələ bölgəsidir. Şəhərin əsas təhlükəsi Mərmərə dənizində olan aktiv tektonik qırılma ilə bağlıdır. İstanbulda elə evlər var ki, 100 il əvvəl tikilib və istismar müddətini başa vurub. Mən özüm də gedəndə görmüşəm ki, bəzi binaların daşları ovxalanır tökülür. O binalar böyük silkələnmədə darmadağın olacaq".

Q.Yetirmişli telefonlara gələn zəlzələ bildirişinə də münasibət bildirdi:

Telefonlara gələn zəlzələ xəbərdarlığı 4 baldan yuxarı zəlzələləri bölgə üzrə əhaliyə bildiriş kimi göndərir. Ölkənin bir bölgəsində kiçik yeraltı təkan olanda başqa bir bölgədə hiss edilmirsə həmin insanlar niyə boş yerə təşvişə düşməlidirlər? Yaşlısı var, xəstəsi var, lazım deyil axı boş yerə narahatlıq keçirsinlər. Ona görə də, bir daha insanlara bildirmək istəyirəm ki, boş fikirlərə aldanmasınlar, narahatlıq keçirməsinlər".

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə ölkəmizdə güclü zəlzələ olacağı ilə bağlı çoxlu sayda iddiaılar dolaşır. Hətta iş o yerə çatıb ki, artı tarix və saat da qeyd edilir ki, filan tarixdə, filan bölgədə 8-9 ballıq zəlzələ baş verəcək. Rəsmi qurumlar isə əhaliyə narahat olmamağı, belə müraciətlərə isə aldanmamağı tövsiyə edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5642   Tarix: 25 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənddən Çinə getmək asan deyil"

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı - Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova -la təəssüratını bölüşüb. Nilufər Şükürova bildiri

24 fevral
.

Bakıya yağış, rayonlara qar yağıb

Azərbaycanın əksər yerlərində hava şəraiti arabir yağıntılı olub. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a olan məlumatında bildirilib. Qeyd olunub ki, dağlıq ərazilərə - Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay(Şəki), Xızı, Qrız, Şahbuz, Şahdağda qa

25 fevral
.

Alim Qasımov Bakıda zavod açdı

Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda zavod açıb. -a istinadən xəbər verir ki, sözügedən müəssisə Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərir. Alim Qasımova məxsus olan fabrik karton-kağız istehsalı və emalı üzrə ixtisaslaşıb. Hazırda həmin fabrik Alim Qasımovun ailə üzvlər

24 fevral
.

Bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə qar yağır - duman müşahidə olunur

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 17:00-a olan məlumatında qeyd edilib. Belə ki, Bakıda və Abşeron yarımadası, eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu

24 fevral
.

Sabah Bakıda bu yollar bağlanacaq

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciətində qeyd olunub. Bildirilib ki, fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti il

25 fevral
.

Ər-arvadın bir-birinin xarici görünüşünə lağ etməsi hüquqları pozur - Ali Məhkəmə

Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib. "Qafqazinfo" xəbər verir ki, məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci i

25 fevral
.

Tovuzun kəndləri qazsız qalıb: sakinlər çətin şəraitdə yaşayır - AZƏRİQAZDAN AÇIQLAMA

Tovuz rayonunun bir sıra kəndlərində illərdir davam edən qaz problemi sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Qəriblisovetli, Ağdərə, İskəndlik, Şamlıq, Ağbaşlar və digər yaşayış məntəqələri daxil olmaqla 10-dan çox kənddə təbii qazın olmaması xüsusilə qış aylarında əhalini ağır vəziyyətl

25 fevral
.

Yevlaxda kafedə PARTLAYIŞ oldu - TƏFƏRRÜAT

Yevlax rayonunda kafedə baş verən partlayış nəticəsində öldüyü bildirilən şəxs sağ qalıb. -ın məlumatına görə, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib. Bildirilir ki, kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan kafe sahibi, Yevlax rayon sakini, 1969-c

25 fevral
.

Elgiz Əkbər və Tarix Əliyevin verilişləri niyə bağlanıb? - ELGİZ ƏKBƏRDƏN AÇIQLAMA

Dünən mediada yayılan xəbərlərə görə, televiziya proqramları ilə tanınan Elgiz Əkbər və Tarix Əliyev-in verilişlərinin bağlanması ilə bağlı məlumatlar ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Hər iki aparıcının populyar proqramlarının birdən-birə dayandırılması televiziya izləyiciləri tərəfində

25 fevral