Priqojinin partlayan təyyarəsinə ABŞ-dən qeyri-qanuni yolla vacib detal gətirilibmiş - FOTO
Sərnişini "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojin olan "Embraer Legacy 600" özəl təyyarəsində uçuş ərəfəsində dəyişdirilmiş turbo-soyuducuya bomba yerləşdirildiyi ehtimal edilir.
Mənbənin məlumatına görə, hazırda araşdırmaların gəldiyi qənaət bu ehtimalları təsdiqləyir.
Bildirilir ki, yayın ortalarında Priqojinin təyyarəsinə Şeremetyevo hava limanının anqarında texniki xidmət göstərilib. Bundan dərhal sonra təyyarədə iki ciddi nasazlıq qeydə alınıb. Onlar ötən həftənin sonu aradan qaldırılıb.
Belə ki, şassilərdən birinin əyləci dəyişdirilib (ilkin məlumatlara görə, soldakı). Ehtiyat hissəsi Rusiyadakı aviaşirkətlərin birindən alınıb.
Həmçinin təyyarənin turbo-soyuducusu da yenisi ilə əvəzlənib. Cihaz ABŞ-dən sifariş edilib və sanksiyalardan ötərək Moskvaya çatdırılıb. Lakin "ABŞ istehsalı soyuducu" qəribə şəraitdə göyərtəyə çatmayıb. Məlum olub ki, ona ciddi ziyan dəyib.
İddialara görə, o, Şeremetyevoda anbarda yerə salınıb. Naməlum tədarükçü bu ehtiyat hissəsini götürüb və təxminən bir həftə sonra mənşəyi naməlum olan başqasını verib. Yeni turbo-soyuducunun haradan gəldiyi, kim tərəfindən quraşdırıldığı dəqiqləşdirilir.
Amma Priqojinin təyyarəsinə məhz o quraşdırılıb. Ekspertlər məhz bu turbo-soyuducuda bomba ola biləcəyini istisna etmirlər.
Xatırladaq ki, avqustun 23-də Tver vilayətinin Kujenkino kəndi yaxınlığında özəl təyyarə qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, təyyarə yerə çırpılmazdan əvvəl partlayış səsi eşidiblər. Qəzaya uğrayan təyyarə RA-02795 seriya nömrəsi daşıyıb ki, bu da hava gəmisinin Yevgeni Priqojinə məxsus olduğunu göstərir.
Qeyd edək ki, "Flightradar" Priqojinin təyyarəsində baş verənlərin detallarını açıqlayıb./Oxu.az



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2894 Tarix: 25 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb
Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir
4 oktyabrPezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
4 oktyabrMəşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
3 oktyabrMoskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
4 oktyabrDağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
3 oktyabrRusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar
4 oktyabrYeni Zelandiya NATO-nun müdafiə bankına qoşulmayacaq
Yeni Zelandiya Kanadanın təşəbbüsü ilə yaradılan və məqsədi NATO üzv ölkələrinin militarizasiyasını maliyyələşdirmək olan Müdafiə, Təhlükəsizlik və Sabitlik Bankına (DSRB) qoşulmaq təklifini rədd edib. xəbər verir ki, bu barədə RNZ radiostansiyası ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb
5 oktyabr"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind
3 oktyabr