"Düşmən dəyirmanına su tökən şəxslərə qarşı birgə mübarizə aparmalı və onlara layiqli yerlərini göstərməliyik" - DEPUTAT

"Düşmən dəyirmanına su tökən şəxslərə qarşı birgə mübarizə aparmalı və onlara layiqli yerlərini göstərməliyik" - DEPUTAT"44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərimizdəm sonra Ermənistan və onun havadarlarının əlində oyuncağına çevrilən qüvvələrin aktivləşməsi müşahidə olunur".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat vurğulayıb ki, anti-Azərbaycan qüvvələrin əlində oyuncağına çevrilən bu şəxslər öz xeyirlərinə naminə vətənlərini və xalqını satmaqdan belə çəkinmirlər:

"Avqustun 15-də bir qrup gəncin "İştirak evi" adlanan platformada keçirdiyi tədbir bir daha göstərdi ki, yenidən fəallaşmağa başlayan "no war"çılar xarici anti-Azərbaycan dairələrin təsiri altında olan, öz dövlətinə və xalqına qarşı xəyanət yolunu tutmuş, milli hissləri olmayan ünsürlərdir. Həmin ünsürlər uydurduqları yalanları ilə vətəndaşlarımızı aldatmağa və öz beyinlərinin məhsullarını cəmiyyətə qəbul etdirmək istəyirlər.Tədbirdə Azərbaycanın "işğalçı dövlət", "aqrerssor", Azərbaycan xalqının isə "işğalçı rejimi dəstəkləyən kütlə" adlandırılması, şəhid və qazı ailələrini təhqir edilməsi bu insanların gerçək üzünü və məqsədini bəlli edir. Ərazi bütövlüyümüz uğrunda şəhid olan və sağlamlığını itirmiş gənclərimizi təhqir edən bu kütlə Ermənistanın və havadarlarının dəyirmanına su tökməklə məşğuldurlar. Bu şəxslər cəmiyyətimiz üçün olduqca təhlükəlidir və insanlarımız belələrinə qarşı sərt reaksiya göstərməlidirlər".

Deputat vurğulayıb ki, "müharibəyə müqavimət" ideyası əksər hallarda "Açıq Cəmiyyət İnstitutu", "Soros Fondu" kimi qlobal təşkilatlar tərəfindən ayrı-ayrı ölkələrdə, xüsusilə post-sovet məkanında kütlələrlə manipulyasiya aləti kimi istifadə edilib:

"Cəmiyyətdə daxili qarşıdurmalar yaradıb siyasi hakimiyyətə təsir etmək, müharibə olmayan yerlərdə belə "müharibəyə müqavimət göstərmək" cəhdləri hazırkı dövrdə də aktualdır.
Xarici qüvvələr, xüsusilə erməni lobbisinin bir ovuc azərbaycanlı "no war"çının əli ilə ölkədə qeyri-sabitlik yaratmaq cəhdləri hələ 2016-cı ilin aprel döyüşləri zamanı açıq şəkildə hiss edildi. O zaman bu "sülh göyərçinləri" Ermənistanın təxribatına cavab verən, anti-terror əməliyyatı keçirən ordumuzu "terrorçu", Azərbaycan dövlətini isə "işğalçı" dövlət adlandırırdılar;
Azərbaycandakı bir ovuc saxta leberalın milli və dövlət maraqlarına açıq aşkar düşmən münasibəti ölkə xaricində də ikrahla qarşılanır.

Polşalı araşdırmaçı jurnalist Miloş Podnanski yazırdı: "Qəribədir ki, ərazilərinin 20%-i işğal altında olan Azərbaycanda problemin həllini təklif etdiklərini deyənlər ("no war"çılar nəzərdə tutulur) əslində kollaborasionist və məğlubiyyətçi mövqedən çıxış edir". Gürcüstanın "Rustavi-2" telekanalı Azərbaycandakı neoliberalların "müharibəyə yox" şüarı altında əslində Corc Sorosun ideyalarını təbliğ etdiyini vurğulayırdı. İş o yerə çatmışdı ki, bizim novorçular özlərinə dost-qardaş bildikləri Ermənistanda da ikrah doğururdular. Ermənistanın "Hraparak", "Haykakan Jamanak", "Pastinfo", "Mamul" media qurumları azərbaycanlı "no war"çıları qəribə məxluqlar adlandırırdılar;
Gözlənildiyi kimi, "no war"çı dəstəsi 44 günlük Vətən müharibəsini də anti-dövlət fəaliyyəti üçün münbit şərait hesab edib aktivləşməyə çalışdılar. İşğala son qoymaq üçün hər gün canını təhlükəyə atan Azərbaycan əsgəri yenə də "terrorçu", "aqressor" adlandırıldı, hərbi əməliyyatları dayandırmaq tələbləri səsləndirildi.Artıq 3 ildir ki, müharibə bitib və Ermənistan faktiki biabırçı məğlubiyyəti ilə barışıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Tezliklə də Ermənistan Azərbaycanın tərəfinin diqtəsi ilə hazırlanan sülh müqaviləsini imzalamlı olcaq".

Deputat söyləyib ki, Azərbaycan cəmiyyəti, ziyalılarımız, ictimai fəallar, müharibə iştirakçıları, şəhid ailələri milli mənəviyyatımızı, dəyərlərimizi, mənliyimizi ayaq altına atan belə ünsürlərə, satqınlara qarşı barışmaz olmalıdır:

"Düşmən dəyirmanına su tökən şəxslərə qarşı birgə mübarizə aparmalı və onlara layiqli yerlərini göstərməliyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1961   Tarix: 25 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr