Bakı küçələrində satılan Maraş dondurmaları təhlükəlidirmi?- VİDEO
Yay aylarının vazkeçilməzi olan dondurmaları sevməyən olmaz. Xüsusilə də Maraş dondurmaları. Onların xüsusi qaydada satılması alıcıları daha çox cəlb edir. Bəs açıq halda yol qıraqlarında satılan bu dondurmalar nə qədər təhlükəsizdir?
Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, bu növ dondurmalar ölkəyə yoxlanılıb buraxılır, sertifikatla təmin edildikdən sonra satışına icazə verilir. Satıcılar isə deyirlər ki, tərkibində istifadə olunan indriqentlər Türkiyənin Kahramanmaraş bölgəsindən gəlsə də, bu dondurmalar Azərbaycanda istehsal olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 5.35-ci bəndinə əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda dondurmaların satışına icazə verilir. Bundan əlavə, həmin qaydaların 20-ci bəndinə uyğun olaraq səyyar ticarət üçün digər tələblərlə yanaşı, sahibkarlar tərəfindən sanitariya normalarına əməl olunması tələbi də müəyyənləşdirilmişdir.
Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar"a uyğun olaraq qida məhsulları temperatur rejiminə nəzarət etməyə imkan verən müvafiq avadanlıqlarda saxlanmalı, qida məhsulları ilə təmasda olan avadanlıqlar çirklənmə hallarının baş verməsinin qarşısını alan materiallardan hazırlanmalı və yararlı vəziyyətdə olmalı, həmçinin təmiz saxlanılmalı və dezinfeksiya edilməlidir. Satıcı Zekeriya Baskanın sözlərinə görə, bu növ dondurmalar istehsaldan sonra da emal prossesini davam etdirir. Satıcının sözlərinə görə, dondurmalar normalara uyğun satılır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, bu dondurmaların satışı zamanı istehlakçıların hüquqları kobud şəkildə pozulur. Çünki Maraş dondurmaları açıq satıldığından üzərlərində tərkibi haqqında heç bir bildiriş olmur. Eyyub Hüseynov onu da dedi ki, bu dondurmalarin baha olmasının səbəbi Türkiyədən gəlməsi, əyləncəli üsulla satılması ilə əsaslandırılır. Mütəxəssis məsləhət görür ki, vətəndaşlar Maraş dondurması alarkən satıcıdan istehsalçının kimliyi və məhsulun tərkibi barədə bilgilər almalıdırlar. Şübhəli məqamla rastlaşdıqda isə mütləq müvafiq qurumlara məlumat verməldirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1384 Tarix: 27 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabr