Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib
Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.
Sonxeber.az xəbər verir ki, nota cari ilin 7 avqust tarixində Yekaterinburq şəhərində qondarma "talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi"nə həsr edilmiş tədbirlə bağlıdır.
Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar səfirlik tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıb və Səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən "Azərbaycan-Ural" ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlamışdır.
Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu çatdırılmış, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılmışdır.
Qarşı tərəfdən İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür provokasiya addımlarının qarşısının qətiyyətlə alınması təkidlə xahiş olunmuşdur.
Qeyd edirik ki, hazırda Səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləməkdədir.
Report
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3115 Tarix: 27 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi
Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə
4 oktyabrTramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
4 oktyabrPutindən Kadırovla bağlı mühüm tapşırıq - Video
"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki
3 oktyabrDiş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO
Hindistanda 16 yaşlı yeniyetmənin göz qapağında olduqca nadir tibbi hadisə aşkarlanıb. xəbər verir ki, yeniyetmə təxminən bir ay davam edən, ağrı verməyən sol üst göz qapağındakı şişkinlik səbəbindən həkimə müraciət edib. Müayinə zamanı həkimlər iki sərt, ağ çıxıntı görüblər. Kompüter tomoqrafiyası həmi
4 oktyabrİstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
4 oktyabrMoskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
4 oktyabrAvropa İttifaqı Ukraynanın 2027-ci ildə təşkilata üzvlüyünü istisna edib
"Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qəbul edilməsi gözlənilmir. Həmçinin rəsmi Kiyevə siyasi birliyə inteqrasiya prosesində heç bir xüsusi imtiyaz və ya güzəştlər verilməyəcək". xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos "Corriere"
4 oktyabr