Kreml Putinlə Ərdoğanın gözlənilən görüşünü təsdiqləyib
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş yaxın vaxtlarda baş tutacaq.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, bunun dəqiq harada və nə vaxt keçiriləcəyi daha sonra açıqlanacaq.
"Görüş tezliklə baş tutacaq. Biz bu barədə məlumat verəcəyik", - deyə o, brifinqdə danışıqların Rusiya ərazisində baş tuta biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Peskov hələlik əlavə təfərrüat verə bilməyəcəyini deyib.
"Elanın verilmə tarixi ilə bağlı müəyyən razılaşmalar var və biz bu razılaşmalara əməl etmək niyyətindəyik", - deyə Kremlin sözçüsü qeyd edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 728 Tarix: 28 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: Avropanın ABŞ-yə etibarı sarsılıb
Avropa ABŞ-yə etibarını itirdiyinə görə, Vaşinqton Münhen Təhlükəsizlik Konfransında Avropa ölkələri ilə gərginliyi azaltmağa çalışır. "Report"un məlumatına görə, bu fikir "The New York Times" qəzetində dərc olunmuş məqalədə ifadə olunub. Məqalədə qeyd olunur ki, Avropanın ABŞ-ni
15 fevralPəhləvi Trampı İranla danışıqlara vaxt sərf etməməyə çağırıb
Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampın administrasiyasını İranla danışıqlara çox vaxt sərf etməməyə və dərhal hərbi müdaxiləyə keçməyə çağırıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransını
14 fevralİtaliya Qəzza Sülh Şurasına müşahidəçi kimi qatılmağa qərar verdi
İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin Qəzza zolağındakı münaqişənin həlli üçün yaradılmış Sülh Şurasına müşahidəçi kimi qoşulacağını açıqlayıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. O, məsələ ilə bağlı ikinci İtaliya-Afrika Zirvə toplantısı zamanı jurnalistlərə danışıb:. "Sülh Şurasın
15 fevralNigeriyanın şimal-qərbində 30 nəfər öldürülüb
Motosikletlərdə silahlı şəxslər Nigeriyanın Niger ştatının şimal-qərbində üç kəndin sakinlərinə silsilə hücumlar həyata keçiriblər. "Report" xəbər verir ki, bu barədə "Reuters" şahidlərə istinadən məlumat yayıb. "Onlar ən azı 30 nəfəri öldürüb, həmçinin evləri və mağazaları yandırıblar"
15 fevralAlimlər yuxuların məzmununu idarə etməyin yolunu tapıblar
ABŞ-nin İllinoys ştatının Evanston şəhərindəki Şimal-Qərb Universitetinin neyrobioloqlarının yeni araşdırması yuxuların məzmununu istiqamətləndirməyin mümkün olduğunu göstərib. "Ölkə.az" xəbər verir ki, müvafiq araşdırma "Neuroscience of Consciousness" jurnalında dərc olunub. Eksperimenti
16 fevral