Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdürBu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.

Şəhidin anadan olmasından 63 il ötür.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.

Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb.

Novator fikirlərə malik Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi də tanınır.

Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub.

1983-cü ildə institutu uğurla bitirib. Daha sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim işləyib.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.

Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum etdiyinə görə o, "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı olub.

Çingizin reportajları birbaşa cəbhədən olduğuna görə, "215 kl" studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. Həmçinin cəbhədə bir əsgər, zabit və hətta komandan kimi vəzifələri öz üzərinə götürüb.

Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb.

Çingiz Mustafayev Azərbaycanda reportajları ilə məşhur olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Şəhid telejurnalistin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bildi.

Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi" adlı film hazırladı. Bu Xocalı soyqırımı haqqında ilk film idi.

1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 938   Tarix: 29 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr