Bakı metrosunun ilk xanım maşinisti işdən çıxmasının əsl səbəbini AÇIQLADI: "Artıq anladım ki..."
Xəbər verildiyi kimi "Bakı Metropoliteni" QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Xanım maşinistin işdən çıxarılmasına səbəb kimi qatar idarə edərkən mobil telefonla danışması göstərilmişdi.
Amma ötən gün "Bakı Metropoliteni" QSC-nin keçmiş xanım maşinisti Günay Həbibli işdən çıxarılması ilə bağlı Bizim.Media-ya səbəbin bu olmadığını açıqlamışdı.
Günay Həbibli bu dəfə Bizim.Media-ya açıqlamasında işdən çıxmasının əsl səbəbini açıqlayıb.
O, öz işinə qayıtması üçün yenidən "Bakı Metropoliteni" QSC-nin maşinist işinə qəbulla bağlı vakansiyasına müraciət etdiyini bildirib:
"2019-cu il aprel ayının 1-dən etibarən "Bakı Metropoliteni"ndə ilk xanım maşinist olaraq işə başlamışam. İyunun 17-də öz ərizəmlə işdən ayrıldım. İşdən çıxma səbəbim isə ailəvi problemlərin, konkret isə övladımın səhhətində yaranan narahatlıqlarla bağlı olub. Mən işimi, Metropoliteni çox sevirəm. İşim üçün hədsiz darıxıram. Artıq anladım ki, bu iş üçün yaranmışam.
Elə bu səbəbdən də "Bakı Metropoliteni"nin maşinist işinə qəbulla bağlı vakansiyasına yenidən müraciət etmişəm. Şükürlər olsun ki, övladımın sağlamlıq durumu da qaydasındadır. İnşallah seçim mərhələlərini keçib, kursda iştirak edib, yenidən maşinist adını qazanmaq üçün əzmlə mübarizəmi davam etdirəcəyəm. Mobil telefon filan, bunlar sadəcə dezinformasiyadır".
"Bakı Metropoliteni"nin rəhbərliyi ilə hər hansı qalmaqala gəlincə, Günay Həbibli belə cavab verib:
"Mənim Bakı Metropolitenin rəhbərliyindən heç bir şikayətim yoxdur. O kollektivin hər bir üzvü mənim üçün əziz və dəyərlidir. Hər birinin boynumda haqqı var. 2016-cı ildən metronun çörəyini yeyirəm. O çörəyə söz demək mənə yaraşmaz. Övladımın sağlamlığı üçün işdən çıxmalı oldum, yenidən müraciət etdim", - deyə Günay Həbibli əlavə edib.
Qeyd edək ki, Günay Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8301 Tarix: 29 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr