Ermənistan Sloveniyaya daşqınların nəticələrinin aradan qaldırılması üçün dəstək təklif edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sloveniyanın vitse-prezidenti və xarici işlər naziri Tanya Fajonla görüşüb. Görüş Sloveniyada keçirilən Bled Strateji Forumu çərçivəsində baş tutub.
Sonxeber.az xəbər verir ki, görüş zamanı həmsöhbətlər Ermənistan və Sloveniya arasında ikitərəfli əməkdaşlıq məsələlərinə, həyata keçirilən proqramlara toxunub, ikitərəfli siyasi dialoqun aktivləşdirilməsi üçün addımlar atmağa hazır olduqlarını bildiriblər.
Mirzoyan Ermənistanın Sloveniya xalqı ilə həmrəy olduğunu bildirib və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında dəstək verməyə hazır olduğunu bildirib. O, təbii və texnogen fəlakətlərin aradan qaldırılması üçün adekvat cavab tədbirlərinin və addımların vacibliyini vurğulayıb.
Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılıb.
Ermənistan və Sloveniya xarici işlər nazirlərinin görüşünün gündəliyində regional təhlükəsizlik məsələləri də yer alıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb