"Makronun bütün cəhdləri iflasa məhkumdur" - DEPUTAT

"Makronun bütün cəhdləri iflasa məhkumdur" - DEPUTAT"Fransa prezidenti Makronun səfirlər konfransında çıxışı zamanı Azərbaycanı humanitar dəhlizi bağlamaqda günahlandırması, reallıqdan uzaqdır. Daha doğrusu cəfəngiyatdır və Makronun statusuna görə, dövlət adamına yaraşmayan cılız şəxs olduğunun göstəricisidir".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Laçın yolu açıqdır və hər gün sərhəd-nəzarət-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri və Qarabağda yaşayan ermənilər hər iki istiqamətdə hərəkət edirlər:

"İndiki zamanda hər kəsin əlində mobil telefonlar var və bu faktı gizlətmək qeyri-mümkündür. Az.Tv də hər gün, həmin bölgədən canlı yayım vasitəsilə reportajlar verir. Yüklərin daşınması üçünsə, alternativ Ağdam-Xankəndi marşrutu təklif olunur.

Fransa 30 illik işğal dövründə bir milyon azərbaycanlı məcburi köçkünlərin çadırlarda, dəmir yolu vaqonlarında, dəhşətli şəraitdə yaşamasını bir dəfə də olsun humanitar fəlakət adlandırmadı, işğalı pisləmədi. Fransanın, şəxsən Makronun bölgəyə yönəlik siyasəti riyakarlıqdan, qərəzdən ibarətdir. İkili standartlara söykənir.

Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Makronun canfəşanlığı üzdə göründüyü kimi deyil. Erməni sevdasından daha çox, onun "türkəfobiya" , "islamofobiya" xislətindən irəli gəlir. Taleyin ironiyası ilə, adi bank işçisi vəzifəsindən prezidentlik kürsüsünə oturduğu andan bəri, bu şəxsin apardığı həm daxili, həm də xarici siyasət bərbaddır. Ölkədə etiraz dalğaları səngimir. Keçmiş müstəmləkələri olan Afrika ölkələrində nüfuzdan düşən Fransa, Türkiyə ilə rəqabətdə uduzur".

Deputat vurğulayıb ki, 44 günlük müharibədə aldığı məğlubiyyətdən sonra, Ermənistan taleyi ilə barışmışdı:

"İlk növbədə, Fransanın və İranın təhriki və dəstəyi ilə Ermənistan cığallığa başladı. Əsassız iddialar irəli sürdü. Bu gün də Fransanın təxribatları davam edir. Bu yaxınlarda BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrə, fiaskoya baxmayaraq, yenidən Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsinə cəhd edən Fransaya bögədə sülhün yaranması sərf etmir.

Ermənistan, erməni xalqı 1-ci dünya müharibəsindən sonra baş verən hadisələrdən düzgün nəticə çıxarmalıdır. O zaman da, ermənilərdən öz geosiyasi məqsədləri üçün istifadə etdikdən sonra lazımsız əşya kimi atan məhz, Fransa idi. Ermənilər birdəfəlik başa düşməlidirlər ki, Makronun başlatdığı oyunlar, hər şeydən əvvəl onların özləri üçün təhlükəlidir və regionu yeni risklərə, müharibəyə sürükləyir. Azərbaycan artıq 90-cı illərin ölkəsi deyil. Müstəqil siyasət aparan və ən yüksək səviyyədə milli maraqlarını müdafiə edə bilən dövlətdir. Makronun bütün cəhdləri iflasa məhkumdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1265   Tarix: 30 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr