"Rusiya sülhməramlıların Bakıdan yola salınan humanitar yardım karvanının hərəkətinə maneə yaratması ölkəmizə qarşı növbəti təxribatdır"
Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar. 40 ton un yüklənmiş iki avtomobilin Xankəndinə çatdırılması üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparılır.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Rusiya sülhməramlıların Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoymaqları ölkəmizə qarşı növbəti təxribatıdır:
"3 ilə yaxındır ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Rusiya sülhməramlılar 10 noyabr bəyənatı ilə üzərlərinə götürdükləri öhdəlikləri icra etmir. Hələ də qanunsuz erməni hərbi birləşmələri Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə qalmaqdadır. Rusiya sülhməramlıları qanunsuz erməni hərbi birləşmələrinin Qarabağa gəlməsinə və onların silahlanmasına şərait yaradır. Biz hər dəfə Rusiya sülhməramlılardan tələb edirik ki, qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan çıxarsın. Lakin bu günə qədər Rusiya sülhməramlıları üzərlərinə götürdüyü öhdəliyi icra etmir, əksinə terrorçuların Qarabağda rahat hərəkət etməsinə və silahlanmasına şərait yaradır. Rusiya sülhməramlıların Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratması da onların əsil məqsədini ortaya çıxarır. Yaxşı olardı ki, Rusiya sülhməramlıları hansı səbəbə görə Qarabağa gəldiklərini unutmasınlar və 10 noyabr bəyənatı ilə üzərlərinə götürdükləri öhdəlikləri icra etsinlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Kamran Əsədovun 3 il həbsi tələb edildi
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı