"Yaxşı olardı ki, Rusiya sülməramlıları Azərbaycan ərazisinə sülh üçün gəldiklərini unutmasınlar" - DEPUTAT
Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar. 40 ton un yüklənmiş iki avtomobilin Xankəndinə çatdırılması üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparılır.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Rusiya sülhməramlılar Qarabağa gəldikləri ilk gündən qanunsuz erməni silahlı birləşmələrini himaye edib, onların rahat şəkildə silahlanması üçün şərait yaradıblar:
"Üçtərəfli bəyanatın imzalanmasınadan 3 ilə yaxın vaxt keçə də nə Ermənistan, nə də Rusiya sülhməramlı qüvvələri üzərlərinə götürdükləri öhdəlikləri icra etmir. Təəssüf ki, Rusiya sülhməramlıları Qarabağa gəldikləri gündən bu günə kimi erməni terrorçularını Qarabağdan çıxarmaq yerinə onların rahat hərəkəti və təxribatları üçün şərait yaradırlar. Rusiya sülhməramlılarının Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyması onların bundan sonra da erməni terrorçularını dəstəkləyəcəyinin sübutudur" .
Deputat vurğulayıb ki, 3 ilə yaxındır ki, Ermənistan Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan ərazilərinə silah-sursat daşıyıb:
"Müharibənin bitmsinə baxmayaraq hələ də Ermənistan dövlətinin silahlı birləşmələri qanunsuz şəkildə Azərbaycan torpaqlarında qalmaqda davam edirlər. Erməni terrorçularının bütün təxribatlarına görə bütün məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür. Çünki keçən bu müddət ərzində Rusiya sülhməramlıları Azərbaycan tərəfinin onlara göstərdiyi etimadı doğrultmadı. Əksinə erməni terrorçuları Rusiya sülhməramlıların nəzarətində olduğu Azərbaycan ərazilərindəki təbii sərvətləri ekoloji terror törətdilər və təbii sərvətlərimizi talamağa davam etdilər. Rusiya sülhməramlıların Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratması bir daha onların Qarabağdakı erməni terrorçularını himayə etdiyini sübut edir. Yaxşı olardı ki, Rusiya sülməramlıları Azərbaycan ərazisinə sülh üçün gəldiklərini unutmasınlar və üzərlərinə götürdükləri öhdəlikləri icra etsinlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Kamran Əsədovun 3 il həbsi tələb edildi
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı