"Gənclər cəmiyyət qarşısında məsuliyyətini tam dərk etməli və dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verməyə çalışmalıdır " - ŞƏRH

"Gənclər cəmiyyət qarşısında məsuliyyətini tam dərk etməli və dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verməyə çalışmalıdır " - ŞƏRH"Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Ulu öndərin gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin həyata keçirilməsində daima onun yanındadırlar".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan gəncləri fəaliyyətlərində dövlətin qayğısını hər zaman hiss ediblər. Onlar öz nailiyyətləri ilə onlara göstərilən etimadı hər zaman layiqincə doğrultmağa çalışıblar.

"Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar.
Ulu öndər 25 iyun 2002-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətini təbrik edərkən bu sözləri vurğulamışdı;
"Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq." Zaman yetişdi bu belə də oldu.
İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin "Dəmir yumruq"-u ətrafında sıx birləşdilər.
Ümummilli lider Heydər Əliyevin zəngin ictimai–siyasi fəaliyyətində elmə, təhsilə qayğı daim mühüm yer tutmuşdur. Ulu öndər dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi diqqətlə yanaşmış, xalqın intellektual gələcəyinin birinci növbədə onun elmi səviyyəsi ilə bağlı olduğunu qeyd etmişdir. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur.
Ulu öndər Azərbaycan təhsilinin daha da təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi məsələsinə böyük önəm verir, pedaqoji kollektivlərlə görüşlərində bu fikirləri dönə–dönə vurğulayırdı: "Bilik səviyyəsinə nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir.
Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub.
"Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır."
Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa, deməli o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir.
Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailə, vətən və cəmiyyəti qarşısında məsuliyyətini tam dərk etməli və dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verməyə çalışmalıdır".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1097   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr