Prezident İlham Əliyev "Total Energies" şirkətinin baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də "Total Energies" şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə "Abşeron" yatağında hasilatın başlanılması vurğulanıb və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib. Qeyd edilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.
Söhbət zamanı "Total Energies" şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən "Abşeron" yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olunub. Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.
10:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də "Total Energies" şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.
Bu barədə AZƏRTAC xəbər verir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
Sınaq sürüşü zamanı 15 milyonluq lüks avtomobillə vurub qaçdı - VİDEO
"BakıKart"ın qiyməti ARTDI
Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Emin Əmrullayev: Artıq bütün müəllimlər sertifikasiyadan keçib
Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
"Milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər şagirdlərin yaş psixologiyasına zidd mexanizmlərlə doldurulub" - AÇIQLAMA
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
İyulun ilk gününün hava proqnozu
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - "Kababı sevir, yallı gedir" (VİDEO)
Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri son oxunuşda qəbul edib