Adanada kişi arvadı və uşaqlarının gözləri qarşısında öldürüldü - VİDEO
Adanada İbrahim Taşkıran (42 yaş) dəbilqəli şübhəlinin hücumu nəticəsində həyatını itirib.
Hadisə dünən gecə saatlarında baş verib. Səkidə həyat yoldaşı və uşaqlarının yanında telefonla danışan avtomobil alqı-satqısı ilə məşğul olan İbrahim Taşkırana iki nəfər motosikletlə yaxınlaşıb. Motosikletdən düşən maskalı şəxs əlindəki iki tapança ilə Taşkıranı güllə yağışına tutub. Çarəsiz halda olan Taşkıran qanlar içində yerə yıxılıb. Silahlı şəxs piyada ara küçələrə qaçıb gizlənərkən, digər şübhəli motosikletlə ərazidən qaçıb. Ətrafdakıların çağırdığı təcili yardımla xəstəxanaya çatdırılan İbrahim Taşkıranı xilas etmək mümkün olmayıb. Onun meyiti yarılma üçün morqa aparılıb.
Polis əməkdaşları şübhəlilərin tutulması üçün işə başlayıblar. Taşkıranın həyat yoldaşı və uşaqlarının da təşvişə düşdüyü hücum anı bir ticarət obyektinin təhlükəsizlik kamerasına əks olunub.
Digər tərəfdən, Taşkıranın bir müddət əvvəl həbsdən çıxdığı və sosial media hesabında tez-tez ağlasığmaz paylaşımlar etdiyi üzə çıxıb. Onun bəzi postlarında məhəllədəki silahlı hücumlarda həlak olan yaxınlarını qeyd etdiyi görülüb. Silahla fotolarını paylaşan Taşkıran "Artıq bu məhəllədə silahsız gəzmək istəyirəm, amma bu, heç də təhlükəsiz deyil. İctimai asayiş tamamilə pozulub. Hər kəsin belində 4 min 500 lirəlik silah var. Güllə isə pulsuzdur. Kimdən istəsən verər" deyə sosial mediadakı paylaşımında qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 625 Tarix: 03 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi
Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə
4 oktyabrMoldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
3 oktyabrÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
4 oktyabrİranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
4 oktyabrŞimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
4 oktyabrTrampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini
4 oktyabr