Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"

Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib.

Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrinin endirilməsi ilə bağlı sualına Ağ Ev rəhbəri "mümkündür" cavabını verib.

Tramp həmçinin qeyd edib ki, Birləşmiş Ştatların böyük silah ehtiyatları var və onlar bunu müttəfiqləri ilə bölüşməyə hazırdırlar.

Dövlət başçısı rəsmi Tehranla sülh əldə etməyin qeyri-mümkün olduğunu söyləyib və İranı məhv etməklə hədələyib.

Müsahibə zamanı jurnalist Trampa daha əvvəl də İranı məhv edə biləcəyini deməsini xatırladıb. ABŞ lideri isə bunu təsdiqləyərək, "bəli, mən bunu edərdim, bu mümkündür" söyləyib.

Jurnalist daha sonra vurğulayıb ki, o, əvvəllər də oxşar təhdidlər səsləndirsə də, özünü "sülh prezidenti" adlandırıb. Tramp bu fikirlə razılaşıb. Sülh prezidentinin necə bütöv bir xalqın məhvinə çağıra biləcəyi ilə bağlı dəqiqləşdirici suala cavab olaraq ABŞ lideri bildirib:

"İranı məhv etməklə ABŞ bütün dünyada sülh yaradardı. İranla heç vaxt sülh olmayacağını düşünürəm".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 102   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

4 oktyabr
.

Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla

3 oktyabr
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

4 oktyabr
.

İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə

Yaponiyalı alimlər insan kök hüceyrələrindən yetişdirilən hipofiz toxumasını makaka meymununa köçürüblər. Əməliyyatdan sonra heyvanın qanında kortizol istehsalını tənzimləyən hormonların səviyyəsi artıb. xəbər verir ki, bu barədə Naqoya Universiteti məlumat yayıb. Təcrübədən əvvəl makakanın hipofiz vəz

4 oktyabr
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

4 oktyabr
.

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir

4 oktyabr
.

Diş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO

Hindistanda 16 yaşlı yeniyetmənin göz qapağında olduqca nadir tibbi hadisə aşkarlanıb. xəbər verir ki, yeniyetmə təxminən bir ay davam edən, ağrı verməyən sol üst göz qapağındakı şişkinlik səbəbindən həkimə müraciət edib. Müayinə zamanı həkimlər iki sərt, ağ çıxıntı görüblər. Kompüter tomoqrafiyası həmi

4 oktyabr
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

4 oktyabr
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

4 oktyabr