BBC-nin Azərbaycanın Qarabağ bölgəsindən qərəzli xəbərinin arxasında nə dayanır?
BBC Yayım Korporasiyası (BBC) Azərbaycanın Qarabağ bölgəsindən birtərəfli və qərəzli süjet hazırlayıb.
"Report" xəbər verir ki, ABŞ-nin erməni əsilli musiqiçi Serj Tankyan və separatçı Artak Beqlaryan jurnalistlərlə "həmsöhbət" olublar.
BBC-nin daim münaqişələrin işıqlandırılmasında qərəzsizliyini, fikir plüralizmi və ifadə azadlığı prinsiplərini bəyan etməsinə baxmayaraq, söhbət Azərbaycandan gedəndə şirkət bunu tamamilə "unudur".
Əvvəla, A.Beqlaryan Azərbaycan ərazisindəki marionet qurumun "dövlət nazirinin müşaviri" kimi təqdim edilib. Ərazi bütövlüyü rəsmi London tərəfindən şübhə altına alınmayan Azərbaycanın.
BBC-nin Britaniya hökumətinin rəsmi mövqeyinə zidd bir süjet yayımlaması ciddi suallar doğurur.
İkincisi, jurnalist etikasına əsaslanaraq, hər hansı hadisəni işıqlandırarkən qərəzsizlik prinsipinə riayət etmək lazımdır. Belə olan halda Azərbaycanın bölgəsindən süjet hazırlayan BBC Qarabağın mənsub olduğu ölkənin mövqeyini ifadə etməli idi. Amma bu təmin olunmadı və bu, onu deməyə əsas verir ki, BBC-nin planının və ümumilikdə siyasətinin məqsədi Azərbaycanı ləkələmək və separatçı rejimə müəyyən qədər subyektivlik verməkdir.
Aydın görünür ki, BBC Azərbaycan əleyhinə təbliğat aparır, separatçı qurumun subyektivliyi mövzusunu süni şəkildə gündəmə gətirməyə çalışır. Əgər hansısa korporasiya Azərbaycana qarşı qərəz və qərəzli yanaşma nümayiş etdirirsə və ya siyasətimizdən razı deyilsə, deməli, ölkədə ona yer yoxdur, buna görə də media qurumunun əməkdaşlarının akkreditasiyası ləğv edilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb